Hərbçilərin maşını kanala aşdı: ölən və yaralananlar var

img

17-05-2014 [12:28]


Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları yol qəzasına düşüb. Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Goranboy rayonunda qeydə alınıb.

Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu Cavanşir Xafiyev idarə etdiyi "Jiquli” markalı avtomobili kanala aşırıb. Nəticədə avtomobildə olan müddətdən artıq xidmət edən hərbi qulluqçusu Elməddin Sadıqov ölüb, sürücü və digər hərbiçilər – Elşən Əliyev, Emin Kazımov hospitala yerləşdiriliblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA