Jurnalist Fatih Altaylı TV-də getdi - Fatih Portakal da istefa verib?

img

17-05-2023 [20:05]


Jurnalist Fatih Altaylı “Habertürk”dən ayrıldığını açıqlamasından sonra Fatih Portakalın da “Sözcü” telekanalından istefa verməsi barədə xəbər yayılıb.

Mia.az xəbər verir ki, məşhur jurnalist yayılan xəbərlərə operativ reaksiya verib.

Portakal Tviter-dəki hesabında  canlı yayıma çıxaraq deyib ki, onu "Habertürk"dən ayrılan Fatih Altaylı ilə qarışıdıranlar var.

Jurnalist daha sonra məsələyə ironik münasibət bildirib: "Bu dəqiqə Tanerlə yol gedirəm. Deyir, abi, "Sözcü"dən ayrılmışsan. Mən də gəl, o zaman məni hava limanına, ya da İzmirə apar. kanaldan ayrıldığımı bilmirəm. Gedib kanaldan soruşacam. Düşünürəm ki, bu axşam sizinlə efirdə görüşəcəyəm".

Xatırladaq ki, Fatih Altaylı bu gün Habertürtk TV-dən istefa verib. O, 40 il yazdığın deyərək, daha heç kimin əlinin altında omaq istəmədiyini deyib: "Zatən, bu sahədə özümdən üstün olanını da görmürəm".   

Zülfiyyə

Mİ.AZ
 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA