Davudoğlu əvvəl bu fotonu paylaşdı, daha sonra sildi - FOTO

img

17-05-2023 [17:59]


Gələcək Partiyasının sədri Əhməd Davudoğlu CHP siyahısı ilə parlamentə seçilən partiyasının 10 deputatı ilə görüşüb.

Mia.az xəbər verir ki, bu barədə o, Tviter hesabından foto və açıqlama yayıb.

Partiya sədri bildirib ki, bu gün millət vəkilləri ilə ilk qrup toplantısını mərkəzi qərargahında keçirib: "Xeyirli, uğurlu olsun!"

Lakin qısa zamanda müxaliflərin, xüsusiylə CHP-lilərin "Kamal Kılıçdaroğluna bir faiz belə xeyiriniz dəymədi, ancaq 10 deputat mandatı qazandınız", - deyə Daviudoğluna qarşı artan linç kampaniyası onun paylaşımı siməsinə səbəb olub.

Xatırladaq ki, Gələcək Partiyası CHP siyahısı ilə 19 namizədlə seçkiyə qatılıb, onlardan 10-u deputat seçilib. 

Zülfiyyə

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:12 10.09.2025

Sabah yağış yağacaq