Politoloqdan Brüssel görüşündə reaksiya: "Ərazi bütövlüyü tanındı, bundan sonra..."
15-05-2023 [17:19]
Xəbər verdiyimiz kimi, dünən Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşkilatçılığı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Brüsseldə görüşüb.
Mia.az xəbər verir ki, sayca beşinci olan görüşü iki ölkə arasında münasibətlərin normallaşması, gündəliyin irəliləməsi baxımından faydalı və konstruktiv hesab etmək olar.
Bu və ya digər məqamlarla bağlı Mia.az-a açıqlama verən politoloq Turan Rzayevin sölzərinə görə, ilk növbədə onu qeyd etmək lazımdır ki, "Brüssel formatı”nda görüşlər 9 aya yaxın idi keçirilmirdi: "Müxtəlif müdaxilə və pozuculuq cəhdi deyərkən, söhbət Fransanın prosesə müdaxiləsində gedir. Rəsmi Paris hər vəchlə “Brüssel formatı”nda iştirak etmək, sanki onun moderatorluğu ilə təşkil edilibmiş kimi təəssürat yaratmağa çalışırdı. Məhz rəsmi Parisin bu müdaxilələri fonunda Bakı görüşlərdən imtina etmişdi.
Bütün bunlara baxmayaraq 9 aylıq fasilədən sonra “Brüssel formatı”nda görüşlərin yenidən başlaması və əldə edilən nəticələr formatın sülh prosesi üçün ən uyğun format olduğunu bir daha sübut edir".
Politoloqun sözlərinə görə, görüşün ən diqqətçəkən məqamı tərəflərin bir-birinin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin qarşılıqlı tanınması və hörmət edilməsi əsasında münasibətlərin normallaşdırılmasının regionda davamlı sülh və sabitliyin təmini üçün yeganə yol olduğunun bəyan etmələri olub: "Liderlər 1991-ci ilin “Alma-Ata Bəyannaməsi”nə və Ermənistanın 29,800 kvadrat kilometr və Azərbaycanın 86,600 kvadrat kilometr ərazisinin toxunulmazlığına birmənalı sadiqliklərini təsdiq etdilər.
Prinsip etibarilə rəsmi Bakı Ermənistanın ərazi bütövlüyünə hörmət edir və tanıyır. Eyni qaydada Azərbaycan 1991-ci ilin “Alma-Ata Bəyannaməsi”nə zidd heç nə etməyib. Ermənistan isə Azərbaycan ərazilərinin 20 faizini işğal edərək bu Bəyannaməni pozan tərəf idi.
İndiki məqamda rəsmi Bakının bəyannaməni qəbul edib Ermənistanın ərazi bütövlüyünü tanıması simvolikdir. Lakin Ermənistanın məhz Brüsseldə bunu qəbul etməsi vacibdir. Çünki Ermənistan Azərbaycanın ərazi bütövlüyünü bu dəfə Avropa Birliyi platformasında etiraf etdi.
Ermənistan bundan sonra Azərbaycana ərazi iddiası ilə çıxış etsə və ya sərhəddə gərginlik yaratsa Qərb rəsmi Bakını atacağı addımlara görə asanlıqla tənqid edə bilməyəcək. Çünki Ermənistan Brüsseldə üzərinə götürdüyü öhdəlikləri pozmuş olacaq".
Turan Rzayev bildirib ki, prinsip etibarilə tərəflərin “Alma-Ata Bəyannaməsi”nə əsaslanması həm də sərhədlərin delimitasiyasını tezləşdirə bilər: "Hər halda sərhədlərin delimitasiyasının yekunlaşdırılması danışıqlar vasitəsilə baş tutacaq. Görüşün diqqətçəkən məqamlarından digəri də şübhəsiz Zəngəzur dəhlizi ilə bağlıdır. Şarl Mişel görüş zamanı tərəflərin regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpası istiqamətində müzakirələrdə irəliləyişə nail olduğunu qeyd edib.
“Bu mövzuda xüsusilə də Naxçıvana və əks istiqamətdə dəmir yolu əlaqəsinin bərpasına dair mövqelər olduqca yaxınlaşıb. Dəmir yolu əlaqələrinin bərpası ilə bağlı modallıqları və konkret qrafik üzrə zəruri inşaat işlərini özündə ehtiva edəcək ümumi razılaşmanın yekunlaşdırılmasına dair müvafiq heyətlərə təlimatlar verilib. Bu işdə tərəflər Ümumdünya Gömrük Təşkilatından dəstək alınmasına dair razılığa gəliblər”.
Bunu bu və ya başqa formada Azərbaycanın təşəbbüsü ilə Zəngəzur dəhlizinin reallaşması ideyasının Avropa Birliyi tərəfindən dəstəklənmiş oldu kimi qiymətləndirmək olar".
T.Rzayev qey edib ki, Ermənistan ilə Azərbaycan arasında gərginliyin azalması, əlaqələrin normallaşması Aİ maraqlarına uyğundur: "Aİ yaxşı bilir ki, rəsmi Bakının regionda yeni nəqliyyat və enerji layihələri icra etmək kimi planları var. Bu planların icrası önündə ən böyük maneə Ermənistandır.
Yeni enerji layihələrinin icrası Avropanın enerji asılılığından xilası baxımdan olduqca vacibdir. Bu mənada Aİ Zəngəzur dəhlizi məsələsində rəsmi Bakı ilə ortaq maraqlara sahibdir.
Şarl Mişel görüş zamanı tərəflərin Qarabağda yaşayan ermənilərin hüquqlarından danışdığını qeyd edib. Mişelin dediklərindən diqqətçəkən əsas məqam görüş zamanı yalnız Qarabağ ermənilərinin “hüquqları və təhlükəsizliyi”ndən, Bakının bu qrup insanlarla açıq dialoqundan danışmasıdır. Yəni danışıqlar zamanı heç bir statusdan, hətta beynəlxalq mexanizmlərdən söhbət getməyib.
Prinsip etibarilə rəsmi Bakı Qarabağda yaşayan ermənilər ilə dialoqa başlayıb. Bu istiqamətdə Xocalıda bir görüş də təşkil edilib. Hətta növbəti görüş yeri kimi Bakı şəhəri təklif edilib və 3 dəfə müraciət ünvanlayıb. Lakin bu görüşlərdən yayınan erməni tərəfidir.
Rəsmi Bakının bu məsələni beynəlxalq mexanizmlə həll etməsi müzakirə mövzusu belə deyil. Azərbaycanın daxili məsələsi yalnız onu maraqlandırmalıdır. Brüssel görüşündə bundan öncə olduğu kimi bundan sonra da yalnız Ermənistan-Azərbaycan sülh gündəliyi, münasibətlərin normallaşması müzakirə edilməlidir".
Samir
MİA.AZ
SDQ "Ağ bayraq" qaldırdı, Şara atəşkəs elan etdi: "Hökumət qüvvələri üç şəhərə daxil olacaq" (YENİLƏNİB)
Suriya ordusu SDQ-yə qarşı daha iki cəbhə açdı - Türkiyə tərəfdən...
Binəqədidə maşın və motosiklet oğruları tutulub
2026-cı ilin sonuna qədər ev və maşın alacaq - 5 BÜRC
Ramil Şeydayev “Qarabağ”dan da gedir
Qar yağacaq - Sabahın hava proqnozu
Prezident İlham Əliyev Şəhidlər xiyabanında - FOTOLAR
Anar Ələkbərov “Qeyzer” adlı sərgidə - FOTOLAR
Dağətəyi rayonlara qar yağır
Şamaxı və Ağsuda zəlzələ olub (Yenilənib)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Körpələr evinin müdirini bıçaqladılar - Tovuzda + VİDEO
“Park Cinema”da “Səkkiz” serialının yayımı dayandırıldı
İki gün ərzində güclü külək əsəcək - Xəbərdarlıq
10 yaşlı uşağı sabiq icra başçısının oğlu xilas edib - FOTO
Maşın kanala aşdı: müəllim öldü
Bakıya sulu qar, rayonlara isə qar yağacaq - Sabahın hava proqnozu
Abşeronda su təsərrüfatı çöküb: tonlarla su kanalzasiyaya axır - Yarıtmaz kadr siyasətinin acı nəticəsi + VİDEO
Suriya ordusu qruplaşmaya qarşı daha bir şəhərdə əməliyyata başlayıb
Azərbaycan nefti 70 dollara satılır - Qiymət qalxdı
Sürücülərə xəbərdarlıq olunub - Hava ilə bağlı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Oktay Kaynarcanın narkotestinin cavabı çıxdı: "Başım dikdir"
“PAŞA Holding”də yeni törəmə şirkət yaradıldı, təyinat oldu – “PAŞA Maliyyə Holding” hans işləri görəcək?
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir
Türkiyə futbolunda "mərc oyunu": 146 məşqçi cəzalandırıldı - SİYAHI
Partiya sədri Akşeneri ziyarət etdi - Sabiq partiya liderinin fotosu müzakirəyə səbəb oldu (FOTO).
Türkiyədə benzin qiymətləri enir - Bu gecədən
Suriyadan daha 5 Azərbaycan vətəndaşı geri göndərilib
Nadejda İsmayılova "Şöhrət" ordeni verildi - Sərəncam
Əmək Məcəlləsinə üç əsas istiqamət üzrə dəyişiklik oldu - Prezident təsdiqlədi (DETALLAR)
PREZİDENT İH SƏDRİNİ VƏZİFƏDƏN ÇIXARDI - Yeni təyinat + FOTO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Tanınmış aktyor qaraciyər donoru axtarırır - Qardaşından açıqlama
Səlim Müslümovun dayısı qızının əri şirkətdən də uzaqlaşdırılıb
Joze Mourinyo "Beşiktaş"ın oyunçusunu istəyir
Nigar Səfxanova kollec direktoru təyin edildi
"Atena” qanunvericiliyi pozub
"Qalatasaray"ın uruqvaylı yarımmüdafiəçisi ayrılmaq istəyir: "Motivasiyasını itirib..."
Türkiyədə zəlzələ oldu - 4 bal
BALIQ OVU KVOTASI TƏSDİQLƏNDİ - Hökumətdən qərar + CƏDVƏL
Baş prokuror 5 rayondan olan vətəndaşları qəbul edib
Qaraçuxurda bina tikintisi və 500 min manatlıq dələduzluq - İş adamını kimlər aldadıb?
"Obyekt sahibləri daha artıq əmlak vergisi ödəsin" - Təmraz Tağıyev