Mətbuat Şurasında “TikTok”un rəsmisi ilə görüş olub - Nələr müzakirə edilib?

img

12-05-2023 [17:44]


Azərbaycan Mətbuat Şurası “fake news”ların qarşısını almaq üçün “TikTok”la əməkdaşlıq etmək niyyətindədir.

Mia.az Şuraya istinadla xəbər verir ki, bununla bağlı qurumda sosial şəbəkənin Azərbaycan ilə əlaqələndiricisi Emin Axundovla görüş keçirilib və müzakirələr aparılıb.

Müzakirələr zamanı dezinformasiyaların və "fake news"ların qarşısının alınması istiqamətində "Tiktok"un tətbiq etdiyi əks tədbirlər nəzərdən keçirilib, həmçinin "Tiktok"da cəmiyyətimiz üçün faydalı kontentin yaradılması haqda fikir mübadiləsi aparılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA