"Kılıçdaroğluna sui-qəsd etmək üçün Gürcüstandan bir qrup gəlib" xəbərdarlığını edən jurnalist saxlanıldı

img

12-05-2023 [10:57]


Prezidentliyə namizəd Kamal Kılıçdaroğluna sui-qəsd anonsunu paylaşan jurnalist saxlanılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, jurnalist Merdan Yanardağ barəsində istintaq başladılıb və o, az əvvəl şübhəli şəxs qismində prokurorluğa çağırılıb.

Xatırladaq ki, o, Kılıçdaroğluna sui-qəsd etmək üçün Gürcüstandan bir qrupun  ölkəyə daxil olması barədə sosial şəbəkədəki səhifəsində paylaşım edib: "Türkiyənin siyasi və ictimai həyatına dərindən təsir edəcək mühüm bir hadisəni gec saatlarda da olsa ictimaiyyətlə paylaşmağı zəruri hesab edirəm. Mən öz mənbəmə güvənirəm. Kamal Kılıçdaroğluna sui-qəsd edəcək bir qrup Gürcüstandan Türkiyəyə daxil olub".

Məlumata görə, bu postu paylaşan Yanardağa qarşı Türkiyə Cinayət Məcəlləsinin 217/A maddəsi ilə cinayəti işi açılıb, istintaq aparılır.

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA