Tanınmış plastik cərrah öldürüldü - Abşerondakı qətllə bağlı sirlər açılır (VİDEO/Yenilənib)
08-05-2023 [17:35]
Mayın 7-də Abşeron rayonu Novxanı qəsəbəsində həyat yoldaşı, tanınmış cərrah Türkan Gündüzü öldürən Türkiyə vətəndaşı Muhammet Gündüz qərar verilib.
Mia.az xəbər verir ki, Abşeron Rayon Məhkəməsinin qərarı ilə 1967-ci il təvəllüdlü M.Gündüz barəsində istintaq müddəti üçün 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Məlumata görə, M.Gündüz ilkin ifadəsində hadisənin qısqanclıq zəminində baş verdiyini bildirb.
O, bir müddətdir həyat yoldaşı ilə münasibətlərinin soyuduğunu, hadisə baş verərkən isə bir-birilərinə qarşılıqlı ittihamlar irəli sürdüklərini deyib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə başlanmış cinayət işi üzrə ibtidai istintaq davam edir.
***
Baş Prokurorluq Bakıda məşhur plastik cərrah Türkan Gündüzün qətli ilə bağlı məlumat yayıb.
Mia.az xəbər verir ki, məlumatda deyilir:
"Mayın 7-si Türkan Gündüzün öldürülməsinə dair Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və iş üzrə zərərçəkmişin əri, Türkiyə vətəndaşı Muhammet Gündüz saxlanılaraq həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.
Təəssüflə bildiririk, “Media haqqında” qanunun 14.1.8-ci maddəsinə əsasən, şəxsin ailə və şəxsi həyatına aid sirr olan məlumatların yayılması yolverilməz hesab edilməsinə baxmayaraq, bəzi media subyektləri və jurnalistlər tərəfindən qanunvericilyin tələbləri kobud şəkildə pozularaq zərərçəkmiş və təqsirləndirilənin şəxsi və ailə həyatına dair müxtəlif məzmunlu məlumatlar ictimailəşdirilib.
Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən, ibtidai araşdırma məlumatları jurnalistlər tərəfindən yalnız ibtidai istintaqı aparan orqan və ya məhkəmənin icazəsi ilə yayılmalı olduğu halda qeyd olunan tələblərə əməl edilməyib.
Odur ki, media subyektləri və sosial şəbəkə istifadəçilərindən qeyd olunan məsələyə həssaslıq nümayiş etdirməklə qanunvericiliyin tələblərinə riayət etməyi, dəqiqləşdirilməmiş və təhrif olumuş məlumatların ictimailəşməsindən çəkinməyi xahiş edirik”.
***
Abşeronda tanınmış plastik cərrah qətlə yerilib.
Mia.az xəbər veirr ki, hadisə Novxanı kəndində şəhid Milli Qəhrəman Polad Həşimov küçəsində fərdi yaşayış evində baş verib.
Ötən gecə 41 yaşlı Türkanə Gündüzün ölməsinə dair Abşeron Rayon Prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla 56 yaşlı Türkiyə vətəndaşı Muhammet Gündüzün aralarında yaranmış mübahisə zamanı bıçaqla arvadı Türkanə Gündüzə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Muhammet Gündüz şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İbtidai istintaq davam edir.
Mia.az Xezerxeber.az-a istinadla mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
***
Sənətçi Nazilə Səfərli ötən gün qətlə yetirilən tanınmış həkim Türkanə Gündüzlə bağlı ilginc faktlar açıqlayıb.
Mia.az xəbər verir ki, o, "İnstagram" sosial şəbəkəsində paylaşdığı videoda bildirib:
Səfərli deyir ki, həkimlə kitabının təqdimatında tanış olubmuş: "Təqdimat mənə həvalə olunmuşdu. Bununla bağlı danışığa gedəndə gördüm ki, Türkanə həkim iki qızı və həyat yoldaşı ilə gəlib. Bu mənə qəribə gəlmişdi ki, danışığa niyə belə külfətlə gəlib. Sonradan başa düşdüm ki, əri bunu qaraba-qara, addım-addım izləyir. Təqdimatda da bunu müşahidə etdim. Əri heç bir əsası olmadan, "takıntılı" olaraq qısqanırdı".
Nazilə Səfərli zamanında mərhumun anası tərəfindən zorla ərə verildiyini deyib: "Əri bilirsiniz nəyi qəbul edə bilmirdi? Türkan ərə gedəndə savadsız olub, daha sonra yüksəlib. Anası çox erkən yaşda onu zorla ərə verib, kişi çox imkanlı olduğu üçün".
Səfərli qeyd edib ki, hadisə baş verməzdən əvvəl cütlük boşanma ərəfəsində olub: "Türkanın əri ya evin xadiməsi, ya da uşağın dayəsi ilə eyş-işrət yaşayıb. Türkan bundan xəbər tutub və boşanmağa gedib. Lakin anası israrla onu barışdırıb və Türkan barışıb, nəticədə bu hadisə baş verib.
İnşallah ki, onu qətlə yetirən əri çox ağır cəza çəkər. Onu zorla ərə verib, sonra da zorla barışdırıb, ölümünə səbəb olan anası isə indi qızının qara baş daşını qucaqlayar"(Musavat.com)
Xatırladaq ki, tanınmış plastik cərrah Türkanə Gündüz mayın 7-də əri, Türkiyə vətəndaşı Məhəmməd Gündüz tərəfindən aralarında yaranmış mübahisə zamanı qətlə yetirilib.
MİA.AZ
Vüqar Səfərlinin əmlakı davası barədə qərar verildi - Həyat yoldaşının adına olan ev geri qaytarıldı
GENERAL APARAT RƏHBƏRİ TƏYİN EDİLDİ
Türkiyədə güclü zəlzələ olub
Pakistanda məsciddə terror: 24 nəfər ölüb, 100 nəfər isə yaralanıb
"Beşiktaş" kolumbiyalı qapçını heyətinə qatıb
"Karvan-Yevlax", "Kəpəz" və "Turan Tovuz" klubları cərimələnib
"Konyaspor" klubu yeni baş məqşçi ilə anlaşıb
Klinton Tramp və partiyasını qorxuya saldı: "Şounu buraxın, kameralar qarşısında ifadə verək"
"Ruhi Əliyeva və Səidə Bakırqızının aktyorluğu biabırçılıqdır"
Bu məşhurlar da saxlanıldı - FOTOLAR
İcarədar iş adamını ittiham edir: "Kompensasiyanı vermək əvəzinə məni susdurmağa çalışır"
Məşhurların övlad və nəvələri "İdrak"da oxuyurmuş - İllik 10 min manatdan başlayır (YENİLƏNİB)
Agbadou "Beşiktaş"la anlaşdı - Məşhur futbolçu İstanbula gəldi
"Azərlotereya"nın "Binqo" oyununda rekord cekpot qazanılıb
Sabah hava necə olacaq? - Proqnoz
Dövlət Gömrük Komitəsinin sabiq sədrinin köməkçisi həbs edildi - 423 min borc, boşanma, bağ evi və daha nələr....
Bank və dövlət sektorlarına fişinq cəhdi müəyyən olunub
Prezident İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib: "Biz bu gərginliyin aradan qaldırılması üçün..." - FOTOLAR
Regionda indiyə qədər olan pis-yaxşı nizam dağılır - Ərdoğan planını həyata keçirə biləcəkmi? (TƏHLİL)
"Yaşıl enerji məkanı" İşçi qrupunun növbəti iclası keçirilib
Ən yeni texnoloji cihazlar artıq “Bakcell Shop”da!
Nizaminin icra başçısına ağır itki üz verib
“Azercell”dən xüsusi “Samsung” kampaniyası!
"Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin yanındadır və..." - XİN-dən paylaşım
Sumqayıtıda bir nəfər dəm qazından ölüb
DEPUTATLAR TOPLANIR: daha 12 qanun dəyişir - SİYAHI
Ev telefonları ləğv olunacaq? - Açıqlama
Britaniya Nigeriyaya təzminat ödəyəcək - 420 milyon funt sterlinq
Türkiyə gücləndikcə Qərb niyə əsəbləşir? -TƏHLİL
Xəzərdə balıqçılar xilas edilib - FOTO
Kirayəçi dəm qazından boğulub
Azərbaycan nefti cüzi ucuzlaşdı
Leyla Əliyeva BƏƏ-də tarixi məkanlarda - FOTOLAR
"Qalatasaray" Can Armando Güneri heyətinə qatıb - 350 min avroya
Türkiyə Kuboku: "Beşiktaş" qalib gələ bilmədi
Macarıstan Baş naziri: "Qərbin əxlaq dəyərləri çöküb"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Dövlət İmtahan Mərkəzi açıqlama yaydı
Axios: "ABŞ və Rusiya START Nüvə Müqaviləsini yeniləyib"