“I Bakı Müasir Musiqi Günləri” festivalı keçiriləcək
04-05-2023 [15:03]
Mayın 21-dən 25-dək Elm və Təhsil Nazirliyi və Mədəniyyət Nazirliyinin dəstəyi ilə “I Bakı Müasir Musiqi Günləri” festivalı keçiriləcək.
Mia.az Mədəniyyət Nazirliyinin Mətbuat Xidmətinə istinadla xəbər verir ki, beş gün davam edəcək festivalın əsas məqsədi müasir Azərbaycan bəstəkarları ilə Avropa və Amerikan bəstəkarlıq məktəbləri arasında qarşılıqlı əlaqələr mövzusunu işıqlandırmaqdır.
Festivalda yerli musiqiçilərlə yanaşı, İsveçrə, Macarıstan, Almaniya, Fransa, Rusiya və Qazaxıstandan dəvət olunmuş ifaçıların da iştirakı nəzərdə tutulur. Dəvətli ifaçılar sırasında Avital Cohen (fleyta), Daniel Veissberq (bəstəkar), Szilard Benes (klarnet), Qleb Xoxlov (violin), Aleksandr Xubeyev (bəstəkar), Yulia Miqunova (violonçel), Andrey Yurgenson (klarnet) da var.
Eyni zamanda tanınmış macar bəstəkar György Ligetinin (1923-2006) 100 illiyinə təsadüf edən festivalın proqramı ölkəmizdə ilk dəfə ifa olunacaq və dünya musiqi ədəbiyyatı üçün vacib hesab edilən əsərlərlə zəngindir. Musiqisevərlər G.Ligeti, G.Scelsi, K.Stockhausen, M.Feldman, B.Furrer, S.Qəni, P.Dusapin, H.Holliger, J.Cage, T.İbişov, A.Sısoyev, T.Qasımzadə, D.Veissberq, A.Qəmbərli kimi bəstəkarların əsərlərini dinləmək imkanı qazanacaqlar.
“I Bakı Müasir Musiqi Günləri” Azərbaycanda konsert-ifaçılıq fəaliyyətindən əlavə, müasir musiqi maarifçiliyi və təhsilinə hesablanmış festivaldır. Layihə çərçivəsində ustad dərsləri, məşğələlər, mühazirələr də təşkil olunacaq.
Festivalın açılış konserti mayın 21-də saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində gerçəkləşəcək. Müasir musiqi layihəsi mayın 25-də saat 19:00-da Nizami Kino Mərkəzində “Ligeti: portret” filminin nümayişi ilə başa çatacaq.
Layihə haqqında daha ətraflı məlumat almaq üçün festivalın rəsmi saytına (www.baku-contemporary-music-days.com) keçid etmək, eləcə də sosial şəbəkələrdə (facebook: facebook.com/profile.php?id=100091963675094, instagram: https://www.instagram.com/baku_music_society/) izləmək mümkündür.
Sabah hava necə olacaq? - Proqnoz
Prezident daha iki qanunu təsdiqlədi - Dəyişiklik
Xəzərin sahillərində minlərlə quş tələf olub - FOTOLAR
İlham Əliyev İranın yol və şəhərsalma nazirini qəbul edib - MÜZAKİRƏ
Ağdərənin 4 kəndinə köç oldu
PREZİDENT BU ŞƏXSLƏRLƏ BAĞLI SƏRƏNCAM VERDİ - Siyahı
Prezident İlham Əliyev sərəncam imzaladı
Səməd Vurğunla bağlı sərəncam imzalandı
İstanbulda "Casperlar"a qarşı əməliyyat: kriminal şəxslərə "məlumat sızdıran" 7 polis qandallandı
Narkomafiya hökumətə vaxt qoydu: "Ya onu buraxın, ya da şəhəri altını üstünə çevirəcəyik"
Bakıda 53 yaşlı kişi öldürülüb
SABİQ İCRA BAŞÇISININ HƏBSİYLƏ BAĞLI QƏRAR VERİLDİ
Hərbi xidmətlərə könüllü qatılanlar... - Nələr olacaq?
Həqiqi hərbi xidmət dövrü ilə bağlı qanun dəyişir - Detallar
Aparıcı müğənnidən 102-yə şikayət edib - Efirdə qalmaqal
17 martda imtahan olacaq - DİM açıqladı
Generalın həbs olunan oğlu barədə yeni qərar verilib
Qrenlandiya Trampın təklifini rədd etdi
Goranboyda peyvənd olunan körpə ölüb
MN əhaliyə əhaliyə çağırış edib
Bakıda gül mağazasında partlayış olub - VİDEO
İsrail Qəzzaya hücum edib - Bir qadın həlak olub
İki qonşu ölkə gecə boyu atışdı: ölənlər var - Bəyanat
Baş məşqçisi: "Nəticəyə görə çox kədərliyik"
Fatih Tekke: "Oyundan oyuna uğur qazanırıq"
"Arsenal" 3 xalı 4 qolla qazandı
Tramp: "Biz oraya bir xəstəxana gəmisi göndəririk"
Çingiz Abdullayev və Ramiz Mehdiyev romanı…
"Liverpul" son saniyədə qalib gəldi
Kartel lideri öldürüldü, ölkə qarışdı - Amerikalı turistlər hava limanında girov götürüldü (FOTOLAR)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
“Azərişıq” heç bir borcu olmayan “Veysəloğlu” şirkətlərinin ofislərini işıqsız qoydu (Yenilənib)
Ramazanın 5-ci günün duası: imsak və iftar vaxtı
Bəzi rayonlara yağış və qar yağacaq - Xəbərdarlıq
Deputat da dilə gəldi... - Erkinlə Fərmanın gizli planı!
Prezident İlham Əliyev Səudiyyə Kralına məktub ünvanlayıb - MƏTN
Şamaxıda zəlzələ olub
Ər əvvəl arvadını öldürüb, daha sonra isə...
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
FHN-in şöbə müdiri haqda şok iddialar yayıldı - Blogeri hədələyən məmur kimdir? + FOTO
AGENTLİK SƏDRİ HƏBS EDİLDİ - Nə baş verir?
Azərbaycanlı məktəblilər beynəlxalq proqramlaşdırma müsabiqəsində 6 medal əldə ediblər
Ana dilimiz: ən gözəl arzu... - Əli Cabbarov yazır