Azərbaycanda daha bir ana doğuşdan sonra ölüb

img

14-05-2014 [14:03]


Azərbaycanda doğuşdan sonra daha bir ana ölümü faktı qeydə alınıb.


APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayon Perinatal Mərkəzində qeydə alınıb. Mərkəzdən APA-ya verilən məlumata görə, Saatlı rayonunun Çolpu kənd sakini, 1987-ci il təvəllüdlü Rzayeva Alidə Ağalar qızı ötən gecə mərkəzdə qeysəriyyə əməliyyatı ilə dünyaya uşaq gətirib. 38 həftəlik olan uşaq dünyaya gələndən sonra qadında daxili qanaxma başlayıb. Qadın ikinci dəfə əməliyyata götürülüb. Əməliyyatdan sonra özünü yaxşı hiss edən xəstənin halı bu gün səhər saatlarında pisləşib və o, kəskin ağciyər və ürək catışmazlığından dünyasını dəyişib.

Həkimlər qanaxmaya səbəb kimi qadında qan xəstəliyinin olmasını göstəriblər. Alidə Rzayevanın 5 yaşında talassemiya xəstəliyi ilə bağlı dalağının çıxarıldığı qeyd olunub.

Ölümün səbəbləri ekspertizanın rəyindən sonra açıqlanacaq. Ekspertlərin ilkin rəyinə görə isə xəstə ağ ciyər arteriyasının tromboemboliyası nəticəsində dünyasının dəyişib.

Qeyd edək ki, Alidə Rzayeva bundan əvvəl də qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA