Bakıda qadın sürücü yol polisinə xəsarət yetirib

img

14-05-2014 [12:12]


Bakıda qadın sürücü yol polisinə xəsarət yetirib. Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə Neftçilər prospekti 133 ünvanında qeydə alınıb.

Bakı şəhər sakini Şəhla Məmmədhüseyn qızı Vəliyeva idarə etdiyi "Nissan” markalı, 99 CH 826 dövlət nömrə nişanlı maşınla ərazidə xidmət aparan, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis baş serjantı, 1985-ci il təvəllüdlü Rəşad Mikayıl oğlu Məmmədovun ayağının üstündən keçib.
Qadın sürücü hadisəni törədəndən sonra ərazidən uzaqlaşıb. Xəsarət alan polis əməkdaşı isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA