Azərbaycanda hüquq müdafiəçisi həbs edildi

img

13-05-2014 [21:54]


Salyanda "Demokratiyaya yardım” təçkilatının rəhbəri, hüquq müdafiəçisi Emil Məmmədov zorla pul tələb etməkdə şübhəli bilinərək saxlanılıb.


Hadisə mayın 12-də baş verib. E.Məmmədov bubarədə Salyan rayon Polis şöbəsindən "Turan"a telefonla məlumat verməyə müvəffəq olub. Bundan sonra E.Məmmədovun telefonu söndürülüb.

Aprelin 17-də QHT-nin digər bir fəalı Tofiq Qasımov zorla pul tələb etmək ittihamı ilə 2 ay müddətinə həbs edilib.Tofiq Qasımovun həbsindən sonra E. Məmmədovu dəfələrlə Salyan polisinə çağırıblar, burada müxtəlif rayon idarələrinin – poçtun, maliyyə idarəsinin və digər qurumların rəhbərlərini internetdə nüfuzdan salan materiallar dərc etməkdə ittiham ediblər. O, bu ittihamları uydurma adlandırıb."Demokratiyaya yardım” təşkilatı cənub regionunda ən fəal vətəndaş cəmiyyəti institutlarından biridir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA