Sabiq icra başçısı qətl işində niyə pul paylayır?

img

09-05-2014 [20:08]


Almaniya vətəndaşı, Qərb Universitetinin 2-ci kurs tələbəsi, milliyətcə azərbaycanlı Vüsal Adolf Şilderin qətli ilə bağlı məhkəmə prosesində maraqlı anlar yaşanır.

Belə ki, hazırda Binəqədi Rayon Məhkəməsində gedən prosesdə müəmmalı anlar yaşanır.

Mia.az Azinform.az-a istinadən xəbər verir ki, V.Şilderin ölümündə sifarişçi sayılan Əlizadə Xəyal Məzahir oğlunun və onun dostu Məmmədov İlham Zahid oğlunun cinayətinin ört-basdır edilməsinə çalışılır. Bundan əlavə, Vüsal Şilderin qətli ətrafında gedən proseslərdə Prezidentin sabiq köməkçisi Tariyel Ağayevin doğmalarının nümayiş etdirdiyi sübhəli davranışlar diqqətdn qaçmır: "Binəqədi rayon Məhkəməsində İlham Məmmədovla bağlı gedən bütün proseslərdə Tariyel Ağayevin ən doğma adamlarından biri – Bərdənin sabiq icra başçısı Elman Allaverdiyevin iştirakını buna misal göstərə bilərik. Sabiq başçı hazırda Binəqədi məhkəməsində Vüsal Şilderin işi ilə bağlı gedən prosesdə çəkinmədən iştirakla yanaşı həm də öz "səxavətini” nümayiş etdirir. Vəziyyət o yerə çatıb ki, sabiq icra başçısı zərərçəkənləri də pulla ələ almağa cəhd edir . Etik çərçivələrə görə adını çəkmək istəmədiyimiz xanım zərərçəkənlərdən birinin prosesdə lombarda 5 min manat borcunun olduğunu deməsinə Elman Allahverdiyev dərhal reaksiya verərək -"Problem deyil, mən o pulu ödəyərəm”- deyib. Maraqlıdır, Bərdənin keçmiş icra başçısının alman vətəndaşı Vüsal Şilderlə bağlı gedən məhkəmə prosesində iştiraka və pul paylamağa hansı amil vadar edə bilər?".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA