Qış kimi sərt o yaz gecəsi... - Akademik Hətəm Quliyevin əziz xatirəsinə
20-04-2023 [22:15]
Həyat möhtəşəm məcaradır. Bu məcaranın içərisində olmaq üçün hər birimiz naməlum dayanacağa yalnız bir dəfə bilet alırıq.
Bu yolda nə ilə, necə məşğul olacağmız isə bizim xarakterimizin meyllərindən asılıdır. Əgər biz Sirrin üzünə cəsarətlə baxmağı öyrənə, bu Göyün altındakı dünyada Ruhun əbədi hərəkətdə olduğunu dərk edə bilsək, o zaman ömrümüzün hədər getmədiyini anlayarıq.
Hardasa yüz il əvvəl yaşamış klassik inglis yazıçısı Qolsuorsi belə deyirdi və yüz il sonra mən, sıradan bir oxucu, qulaqlarımda dəmir çarxlı ömür qatarının susmayan nəğməsi yazıçının sözlərdən yaratdığı tablo qarşısında heyranlığımı gizlədə bilmirəmsə, o zaman əbədiyyətin varlığına kim şübhə edə bilər ki?..
Gözlərimin önündə milli kimliyindən asılı olmayaraq mənəvi dünyamın zəngilləşməsində, elmi dünyagörüşümün formalaşmasında xidməti olan neçə-neçə tanınmış simanın ağlı-qaralı əksi canlanır. Əbədiyyət yolçularıdırlar düşünürəm, dünya durduqça yaşayacaqlar. Bütün böyük şəxsiyyətlər kimi...
Əslində burada, indi mənim saatlardır bir küncünə sığındığım otaqda hər şey köhnə biçimində, köhnə düzümündədir. Bax bir-birinə söykənən o kitablar kimi... Arıq, uzun qollarını sağlam, güclü, ortayaşlı kişinin sinəsində çarpazlayan bürünc donlu arxayın qadın kimi... Sanki yüz illərdir dayanmadan dövrə vuran saat əqrəbi kimi...

Mən bu qədər danışan əşyaların səssizliyində 2 il əvvəl hərarətini itirmiş bu mənzilin buz divarları arasında itirdiyim bəxtəvər günlərimi gəzirəm... Divardakı şəklin susur... divar susur... saat da öz aləmində...
Gözlərimin önündə xəstəlik xəbərini aldığımız gün canlanır, qəfil xəbərdən necə sarsıldığını xatırlayıram. Qanadların qırılmışdı elə bil, nitqin kəsilmişdi. Bir nöqtəyə zillənən gözlərini görəndə dünya başıma fırlanmışdı, səmtini itirmişdim sanki dünyanın, qışqırırdım... Dünya məni eşitmirdi!
2018-ci ilin payızında müalicəni davam etdirmək üçün yenidən Türkiyənin Ankara şəhərinə qayıtmışdıq. Gərgin günlər yaşayırdıq. Təbii ki, mən indi o gərginliyi detallarına qədər xırdalamaq niyyətində deyiləm. Amma istərdim, Hətəmi yaxından-uzaqdan tanıyanlar hətta ən kritik vəziyyətlərdə belə onun necə təmkinli davrandığını bir də mənim dilimdən eşitsinlər. Bir insan nə qədər tərbiyəli, nə qədər məsuliyyətli, nə qədər ədalətli ola bilərdisə, Hatəm də o qədər tərbiyəli, məsuliyyətli və ədalətli idi. Adam hər halıyla ətrafını yormamağa çalışırdı, diqqəti öz üzərindən yayındırmağa cəhd edirdi. O günlərdə bütün bunları görüb heyrətlənməmək mümkün deyildi. İnsan onun daxili böyüklüyünə həsəd aparırdı. İndi çox tez-tez onun ağır prosedurdan sonrakı gəzintilərini xatırlayıram. Bu gəzintilər onun müalicəsinin bir hissəsiydi və həkimin bütün məsləhətlərinə olduğu kimi bu tapşırığına da xüsusi əməl edirdi. Təbii ki, uşaqlar, yaxın ətraf onu nəzarətsiz qoymurdu. Amma mən də günün bütün saatlarında onun yanında olmağa can atırdım. Bir dəfə mənim nasazlığımı görüb təkidlə yaşadığımız evə geri qayıtmağımı tələb etmişdi. Tərəddümü görəndə əvvəlkindən fərqli bir səslə: "Yoxsa mənə nəsə olacağından qorxursan" - deyə soruşmuşdu. Və sonra da cavabımı gözləmədən: "Narahat olma, - demişdi. - Mən dünyadan yazda, yayda köçəcəm. Güllər çiçəklər açanda"...
Çox təəssüf ki, onda da məni gümanımda yanıltmadı. Bu dəfə də onun təxmini düz çıxdı. Mənim nə vaxtı saxlamağa, nə də yazı ləngitməyə gücüm çatdı. Və biz onu nərgiz, yasəmən ətirli yaz gecələrinin birində itirdik. Həyatımda ilk dəfə o gecə özümü dünyanın ən zəif, aciz, inamını, ümidini itirmiş birisi saydım. O mülayim yaz gecəsi mən kürəyimdə bir sərt qışın soyuğunu hiss etdim. Üşüdüm...

Qarşımda bir kitab var - "Kosmologiyada materiyanın əbədi dövran horodiqması" adlanan bu kitab Hatəmin rus və ingilis dillərində nəşr etdirdiyi sonuncu əsəridir. Kitabın ilk səhifəsində bu sözlər yazılıb: "Atam Quliyev Hidayət Şahbaz oğlunun və anam Quliyeva Ağgül Nuruş qızının əziz xatirəsinə". Başqa bir dahinin sözlərini xatırlayıram: "Ağlın hərəkətverici qüvvəsi böyük sevgi ola bilər, bir də ki, həyat eşqi. Başqa heçə!" Razılaşıram.
Və illərin müşahidələrinə söykənərək əminliklə deyirəm ki, Hatəm bu iki möhtəşəm hissin hər ikisini yaşaya bildi. Əks halda insan bu qədər güclü zehnə, dərin məntiqə yiyələnə bilməzdi.
Sənsiz dünya sağlığında yoxluğu ilə heç barışa bilməyəcəyin bir əziz dost itkisini də yaşadı. El Akif Musayevin şəxsində daha bir dayağını itirsə də, həyat hələ yora bilmədiyi yolçularıyla davam etməkdədir. O, bu gün də nəsil davamçılarının, güvəndiyin dostların uğurları ilə gündəmdədir. Ölkə daxilindən və yaxud yaxın-uzaq dünyamızdan xoş soraqları gələn doğmaların arasında çox gənc ikən uğurlara imza atan nəvələrin də var. Bu gün sorağı dünyanın ən reytinqli universitetindən gələn Safiyanın orta təhsil pilləsinin sonunda qazandığı Qızıl medal da, İkinci Qarabağ müharibəsi ərəfəsində Ermənistanın mərkəzi İrəvanda keçirilən futbol çempionatında Ukrayna-Ermənistan U-21 matçında peşəkar oyun nümayiş etdirən Eldar Quliyevin qələbə qolu da əziz xatirənə minnətdarlığın simvoludur.

2021-ci ilin noyabrnda ABŞ-ın Nyu-York Universitetinin Buffola Universitetində, Fiziologiya və Biofizika Departamentində tədqiqatçı alim kimi fəaliyyət göstərən Şövqü Hüseynov dünya alimlərinin ən mükəmməl qiymətləndirmə portalı hesab olunan REDUATHGATE-ə istinadən maraqlı bir paylaşım etmişdi. O, paylaşımına portal haqqında məlumatla başlamışdı.
Bildirmişdir ki, bu portal ancaq beynəlxalq yüksək reytinqli elmi jurnallarda dərc edilmiş elmi əsərləri, o əsərlərin neçə-neçə adlı-sanlı alimlər tərəfindən oxunduğunu, əsərlərə dünya alimlərinin istinad edib-etmədiyini qiymətləndirir. Sağlığında Hətəm Quliyev nəticələrinə görə portalın siyahındakı 39,7 balla Azərbaycan alimlərinə liderlik edirdi. Portalda qeydiyyatdan keçdiyi cəmi bir il ərzində 10 min baxış sayı toplamışdı. Dünyasını dəyişəndən cəmi yeddi ay sonra baxış sayı 13 min artaraq 23 minə çatmışdı. 2 aprel 2023-cü il tarixinə olan məlumata görə isə 33.300 baxış sayı ilə yanaşı, alimin əsərlərinə həm də müxtəlif alimlər tərəfindən 60 dəfə istinad olunub. Qürurverici faktdır.

Ruhun qarşısında baş əyirəm, böyük Musa Yaqub. Gəlin etiraf edək ki, yaş nə sizin, nə də Hətəm Quliyev kimi şəxsiyyətlərin ömür çəkisində tərəzi ola bilir. Fikrimi italyan əsilli filosof Permendin bir deyimi ilə tamamlamaq istəyirəm: "Yeni qarşılaşmalar yeni ayrılmalardan keçib gəlir..." İnanım, deyirəm. Qoy son ölən ümid olsun arzusuyla, qarşılaşacağımız o Böyük günə qədər, hələlik!..
Kəmalə CƏFƏROVA
ÇL: "Yuventus" - "Qalatasaray" oyununun hakimi açıqlandı (FOTO)
AAYDA-da işçiləri maaş ala bilmir
İsrail Qəzzanı yenı vurdu - Ölənlərin sayı 72073-ə yüksəldi
Bakıda 53 yaşlı kişi öldürülüb (Yenilənib)
Şeyxin qudası ölkəni tərk etdi: "Türkiyədən də Amerikaya gedəcək"
“Bakcell” və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib - FOTOLAR
XİDMƏT RƏİSİ GENERALI ÖZÜNƏ KÖMƏKÇİ GÖTÜRDÜ - Maraqlı təyinat
Sabah hava necə olacaq? - Proqnoz
Prezident daha iki qanunu təsdiqlədi - Dəyişiklik
Xəzərin sahillərində minlərlə quş tələf olub - FOTOLAR
İlham Əliyev İranın yol və şəhərsalma nazirini qəbul edib - MÜZAKİRƏ
Ağdərənin 4 kəndinə köç oldu
PREZİDENT BU ŞƏXSLƏRLƏ BAĞLI SƏRƏNCAM VERDİ - Siyahı
Prezident İlham Əliyev sərəncam imzaladı
Səməd Vurğunla bağlı sərəncam imzalandı
İstanbulda "Casperlar"a qarşı əməliyyat: kriminal şəxslərə "məlumat sızdıran" 7 polis qandallandı
Narkomafiya hökumətə vaxt qoydu: "Ya onu buraxın, ya da şəhəri altını üstünə çevirəcəyik"
SABİQ İCRA BAŞÇISININ HƏBSİYLƏ BAĞLI QƏRAR VERİLDİ
Hərbi xidmətlərə könüllü qatılanlar... - Nələr olacaq?
Həqiqi hərbi xidmət dövrü ilə bağlı qanun dəyişir - Detallar
Aparıcı müğənnidən 102-yə şikayət edib - Efirdə qalmaqal
17 martda imtahan olacaq - DİM açıqladı
Generalın həbs olunan oğlu barədə yeni qərar verilib
Qrenlandiya Trampın təklifini rədd etdi
Goranboyda peyvənd olunan körpə ölüb
MN əhaliyə əhaliyə çağırış edib
Bakıda gül mağazasında partlayış olub - VİDEO
İsrail Qəzzaya hücum edib - Bir qadın həlak olub
İki qonşu ölkə gecə boyu atışdı: ölənlər var - Bəyanat
Baş məşqçisi: "Nəticəyə görə çox kədərliyik"
Fatih Tekke: "Oyundan oyuna uğur qazanırıq"
"Arsenal" 3 xalı 4 qolla qazandı
Tramp: "Biz oraya bir xəstəxana gəmisi göndəririk"
Çingiz Abdullayev və Ramiz Mehdiyev romanı…
"Liverpul" son saniyədə qalib gəldi
Kartel lideri öldürüldü, ölkə qarışdı - Amerikalı turistlər hava limanında girov götürüldü (FOTOLAR)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
“Azərişıq” heç bir borcu olmayan “Veysəloğlu” şirkətlərinin ofislərini işıqsız qoydu (Yenilənib)
Ramazanın 5-ci günün duası: imsak və iftar vaxtı
Bəzi rayonlara yağış və qar yağacaq - Xəbərdarlıq
Deputat da dilə gəldi... - Erkinlə Fərmanın gizli planı!
Prezident İlham Əliyev Səudiyyə Kralına məktub ünvanlayıb - MƏTN
Şamaxıda zəlzələ olub
Ər əvvəl arvadını öldürüb, daha sonra isə...
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR