Çempionlar Liqası: "Real Madrid" "Çelsi"ni, "Milan" isə "Napoli"ni devirdi (Yenilənib)

img

19-04-2023 [00:52]


Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin oyunlarına start verilib.

Mia.az xəbər verir ki, Bakı vaxtı ilə saat 23.00-da başlayan ilk oyunda 2:0 hesabı ilə uduzan "Çelsi" Londonda "Real Madrid"i qəbul edib. 

Oyunun ilk hissəsində hesab açılmayıb.

57-ci dəqiqədə "Real" Rodriqonun qolu ilə hesabı önə çıxıb - 0:1

80-ci dəqiqədə "Real" Rodriqonun qolu ilə fərqi artırıb - 0:2

Oyun bu hesabla başa çatıb və "Real" yarımfinala vəsiqə qazanıb.

Qeyd edək ki, komandalar meydana bu heyətlə çıxıblar:

ÇELSİ: Kepa, Fofana, Silva, Çalobah, Ceyms, Kovaçiç, Enzo, Kante, Kukurella, Gallagher, Havertz

REAL MADRID: Kurtua, Karvaxal, Militao, Alaba, Valverde, Kamavinqa, Modriç, Kroos, Rodriqo, Vinisius, Benzema

İtaliya derbisində isə "Napoli" 1:0 hesabı ilə uduzduğu ilk oyunun revanşında "Milan"ı qəbul edib.

Bu oyunda "Milan" 43-cü dəqiqədə Giroudun qolu ilə hesabı açıb - 0:1

90+3-də "Napoli" hesaba tarazlıq gətirsə də, iki oyunun nəticəsinə görə "Milan" yarımfinala vəsiqə qazanıb.

Xatırladaq ki, bu komandalar isə "döyüş"ə bu heyətlə başlayıblar: 

NAPOLI: Meret, Di Lorenzo, Rrahmani, Jesus, Mario Rui, Ndombele, Lobotka, Zielinski, Politano, Kvaratshelia, Osimhen

MILAN: Maignan, Calabria, Kjaer, Tomori, Theo Hernandez, Krunic, Tonali, Bennacer, Brahim, Leao, Giroud

Xatırladaq ki, 1/4 finalin digər iki oyunu isə bu gücə saat 23.00-da olacaq.

Fərid

Mia.az

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA