İspaniya millisinin baş məşqçisi: "Türkiyəyə qalib gəlmək üçün meydanda olacağıq"

img

17-11-2025 [20:01]


Sabah 2026-cı il Dünya Kuboku Avropa Seçmə mərhələsinin E qrupunun son oyununda Türkiyə ilə qarşılaşacaq İspaniya millisinin baş məşqçisi Luis de la Fuente mətbuat konfransı keçirib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, finala vəsiqə qazanmalarının bu oyuna təsir etməyəcəyini bildirib.

Baş məşqçi deyib ki, Türkiyə ilə oyuna qalib gəlmək üçün çıxacaqlar: "Türkiyə matçı bizim üçün yalnız prestijlə bağlı deyil. Dünya Kubokuna getmək istəyirik və azarkeşlərimiz qarşısında da məsuliyyətimiz var. Əsas heyət kimi birbaşa vəsiqə qazanmaq prosesini demək olar ki, tamamilə başa vurduq. Məğlubiyyətsiz seriyamızı 31 oyuna çatdırmaq istəyirik. Qalib gəlmək istəyirik və oyunçularım əla vəziyyətdədirlər. Sabah heyətimizdə rotasiya olmayacaq; bu, çox ciddi, yüksək səviyyəli bir matç olacaq. Matça məsuliyyət və hörmətlə çıxacağıq. Meydanda ən yaxşı planımız və ən yaxşı oyunumuzla olacağıq".

Fərid ASLAN
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 17.11.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA