"Trabzonspor" xorvatiyalı baş məşqçi ilə anlaşdı: "İllik 1,3 milyon avro maaş veriləcək" (FOTO)

img

18-04-2023 [17:24]


"Trabzonspor"un baş məşqçisi vəzifəsinə Fatih Terim, Pirlo, Sərgen Yalçın, Rza Çalımbay və digər mütəxəssislərin adı hallansa da, tamam fərqli məşqçi komandanın sükanı arxasına keçib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub rəhbərliyi xorvatiyalı baş məşqçi Nenad Bjelica ilə anlaşıb.

Məlumata görə, “Trabzonspor”un prezidenti Ərtoğrul Doğan İstanbula gətirdiyi Nenad Bjelica ilə hər məsələdə razılaşıb.

Bu barədə klub paylaşım edib. Bildirilib ki, xorvat məşqçi ilə 1.5 illiyinə müqavilə imzalanıb.

Türkiyə mətbuatı yazır ki, "Trabzonspor” ona hər il üçün 1,3 milyon avro maaş verəcək.

Fərid

MİA.AZ 

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA