Messi "Barselona"ya dönür - Klub prezidentindən açıqlama

img

17-04-2023 [17:31]


İspaniya nəhəngi "Barselona", nəhayət, Messini yuvasına qaytarır.

Mia.az xarici mətbuata xəbər verir ki, bu barədə klub prezidenti məlumat verib.

İspaniya mətbuatı yazır ki, "Barselona"nın prezidenti Joan Laporta Lionel Messinin komandaya qayıtması ilə bağlı fanatlardan birinin "Messi "Barselona"ya gələcəkmi?" sualına belə cavab verib: "Əlbəttə, bəli. O, gəlir”.

Xatırladaq ki, PSG ilə müqaviləsi mövsümün sonunda başa çatacaq 35 yaşlı Lionel Messi bu mövsüm Fransa komandası ilə 35 rəsmi matçda 20 qol vurub və 18 məhsuldar ötürmə edib.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA