Yazıçının filmə qarşı şikayəti təmin olunmayıb

img

14-04-2023 [09:27]


Yazıçı Şengül Boybaşın "Neflix"də yayımlanan "Atiye" serialının çəkilişinə sahiblik edən "OG Prodükşn" şirkətinə qarşı iddiası rədd edilib.

Mia.az xəbər verir ki, İstanbul məhkəməsində keçirilən son prosesdə hakim yazıçını haqsız sayıb.

Xatırladaq ki, yazıçı Şengül Boybaş məhkəməyə müraciət edərək, aktyorlar - Beren Saat, Melisa Şenolsun, Metin Akdülger və digərlərinin rol aldıqları "Atiye" serialının onun icazəsi olmadan müəllifi olduğu "Dünyanın Oyanışı" romanının süjeti əsasında çəkildiyini bildirib.

O, serialın fraqment və afişalarında özünün və romanın adının çəkilməməsinə görə adıçəkilən şirkətdən təzminat tələb edib.

Ləman

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA