Şenol Günəş: "Dele Alli dövrü artıq bitib"

img

10-04-2023 [09:20]


Spor Toto Super Liqanın 28-ci həftəsində "Beşiktaş" ötən axşam "Giresunspor"a qalib gəlib.

Mia.az xəbər verir ki, "Beşiktaş" 1-0 geriyə düşdüyü matçda rəqibini 3-1 məğlub edib.

Oyundan sonra mətbuat konfransında aldığı zədədən müalicə üçün İngiltərəyə gedən Dele Allinin mövsümü qapatdığı, yəni, daha mövsümün sonundək "Beşiktaş"a qayıtmayacağı öyrənilib.

Bununla bağlı "Beşiktaş"ın baş məşqçisi Şenol Günəş Dele Alli dövrünün artıq bitdiyini  təsdiqləyib: "Dele Alli haqqında danışacaq vəziyyətdə deyilik. Dele məsələsinin üstündən keçirəm. Bu mövzu bizim üçün bitib. Ona uğurlar atlayıram".

Xatırladaq ki, sözügedən futbolçu mövsümün əvvəlində icarəyə götürülmüşdü.

Fərid

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA