"Akasya Durağı"nın "Osman Ağa"sı TİP-ə qatıldı - Açıqlama (FOTO)

img

05-04-2023 [11:44]


Türkiyədə məşhur sənətçilərin Türkiyə İşçi Partiyasına (TİP) marağı və dəstəyi artır.

Mia.az xəbər verir ki, 14 may 2023-cü il seçkilərinə 40 gün qalmış məşhur adların Türkiyə İşçi Partiyasına (TİP) axını davam edir.

Məlumata görə, "Akasya Durağı", "Vizontele", "Düttür Dünya", "Şevkat Yerimdar" kimi seriallarda rol alan təcrübəli aktyor Cezmi Baskin partiya sıralarına qatılıb.

Bu barədə Türkiyə İşçi Partiyasının İstanbul  təşkilatının sözçüsü Melis Akyürek "Twitter" hesabında bpaylaşım edib: "Ölkəmizin dəyərli sənətçilərindən olan teatr xadimi, aktyor və rejissor Cezmi Baskin aramıza qoşularaq mübarizəmizə güc qatdı. Biz bərabər və ədalətli sabahları birlikdə quracağıq. Xoş gəldiniz!"

Ləman

Mia.az

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA