Türkiyə Kuboku: "Trabzonspor" yarışla vidalaşdı

img

05-04-2023 [00:03]


Ziraat Türkiyə Kubokunda "Trabzonspor" gözlənilmədən "Ankaragücü"na uduzb.

Mia.az xəbər verir ki, 1/4 final mərhələsində "Trabzonspor" səfərdə Ankaragücü ilə "kozır"ı bölüşüb.

Hesabı "Trabzonspor" açsa da, ikinci hissədə 3 qol atan Ankara komandası 3-1 hesabı ilə qalib gələrək, adını yarımfinala yazdırıb.

Beləliklə, bundan əvvəl “Beşiktaş”ı, 1/4 finalda isə “Trabzonspor”u mübarizədən kənarlaşdıran “Ankaragücü” yarımfinalda “Qalatasaray” – “Başakşəhər” matçının qalibi ilə “döyüşəcək".

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA