Türkiyədə qadağan olunan serial... - Show TV-nin vəkilləri məhkəməyə üz tutdu

img

04-04-2023 [09:49]


Türkiyə Radio və Televiziya Üstü Şurasının (RTÜK) "toy gecəsi" səhnəsinə görə 5 həftəlik yayımını dayandırdığı və 1,5 milyon TL cərimələyi "Kızılcık Şerbeti" ilə bağlı gərginlik böyüyür.

Mia.az xəbər verir ki,  RÜTK-in bu qərarı nəinki ölkənin sənətçiləri, o ccümlədən dünyanın bir çox ölkələrində "sənətə qanunsuz müdaxilə" kimi dəyərləndirilərək müzakirəyə açılıb.

Məlumata görə, bu gün səhər isə serialın yayımını təmin edən Show TV-nin vəkilləri məhkəməyə şikayət ediblər. Onlar RÜTK-in bu qərarını qnaunsuz sayaraq ləğv edilməsini tələb edirlər.

Əgər məhkəmə şikayəti təmin etməzsə, o zaman Doğukan Güngör, Sıla Türkoğlu, Evrim Alasya, Barış Kılıç, Ceren Karakoç, Sibel Taşçıoğlu ve Settar Tanrıöğenin baş rolda oynadıqları "Kızılcık Şerbeti" mayın 5-dək efirdə yayımlannmayacaq.

Ləman

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA