Türkiyənin canlı əfsanəsi təklifi geri çevirdi: "Aktiv siyasətlə məşğul olmaq fikrində deyiləm"

img

31-03-2023 [22:42]


Türkiyənin film sahəsinin canlı əfsanəsi Kadir İnanıra Yaşıl Sol Partiyasından deputatlığa namizədlik təklifi gəlib.

Mia.az "Haberturk" telekanalına istinadla xəbər verir ki, bu bardə Kadir İnanır bununla bağlı açıqlama yayyıb.

O, indiyə qədər ona dəfələrlə belə təkliflər gəldiyini etiraf edib: "Əziz xalqımız, bu illər ərzində deputatlığa namizədliklə bağlı çoxsaylı təkliflər almışam.  Bütün bu təkliflər, şübhəsiz ki, mənim üçün şərəflidir, lakin ölkəmizdə siyasət xalq tərəfindən hörmət edilən bir quruma çevrilməyincə, aktiv siyasətlə məşğul olmaq fikrində deyiləm".

Xatırladaq ki, mayın 14-də keçiriləcək seçkilərə xeyli sənət adamı qatılacağını açıqlayıb.

Ləman

Mia.az

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA