Heydər Əliyev Mərkəzində bəhreynli rəssamın sərgisinin açılışı olub - FOTOLAR
15-03-2023 [12:22]
Heydər Əliyev Mərkəzi ziyarətçilərinə fərqli incəsənət nümunələrindən ibarət daha bir sərgi təqdim edib.
Mia.az xəbər verir ki, martın 14-də mərkəzdə bəhreynli rəssam Raşid Al Xəlifənin “İlk qığılcım” (First light) adlı sərgisinin açılışı olub.
Bakı sərgisində Raşid Al Xəlifənin ən son instalyasiyaları nümayiş etdirilir. Müəllifin “Balıq tələsi”, “Mozaika”, “Biz canlı olan hər şeyi sudan yaratdıq”, “Dairəvi əks-etmə” kimi əsərləri ilk dəfə Heydər Əliyev Mərkəzində təqdim edilir. Bu, həm də rəssamın Azərbaycandakı ilk sərgisidir.
Raşid Al Xəlifə sərginin açılışından əvvəl jurnalistlərə bildirib ki, Bakıda olmaqdan məmnunluq hissi keçirir: “Çox şadam ki, Bakını gördüm və öz sənət nümunələrimi bu gün Heydər Əliyev Mərkəzində nümayiş etdirə bilirəm. Özümlə gətirdiyim sənət nümunələrinin bəziləri məhz bu sərgi üçün hazırlanıb. Bakını ziyarət etmək mənə bir neçə dəfə tövsiyə olunub. Mən Bakını bu Mərkəzin açılışından sonra görmək istəyirdim və burda öz əsərlərimi nümayiş etməkdən böyük şərəf hissi duyuram”.
Sərginin açılış mərasimində Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini Fərqan Novruzov çıxış edərək diqqətə çatdırıb ki, Mərkəz hər zaman dünya mədəniyyəti nümunələrinin təbliği istiqamətində fəaliyyət göstərir: “Bu gün müasir incəsənət nümunələrinin parlaq nümayəndələrindən olan Bəhreyn Kral ailəsinin üzvü , Bəhreyn Milli İncəsənət Şurasının sədri, İncəsənət Cəmiyyətinin ilk prezidenti və fəxri prezidenti Şeyx Raşid Al Xəlifənin sərgisinin Heydər Əliyev Mərkəzində təşkil olunması mühüm bir hadisədir. Ümid edirik ki, sərgidən zövq alacaqsınız və xoş təəssüratla ayrılacaqsınız”.
Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov belə bir sərgini ziyarət etməyin onun üçün xoş olduğunu bildirib: "Dünyada ayrı-ayrı rəssamlarla görüşmək və onların yaradıcılıq dünyaları ilə tanış olmaq imkanları mənə nəsib olub. Ərəb mədəniyyəti və elminin dünyada özünəməxsus yeri var. Bu sərgi qeyri-adiliyi ilə fərqlənir. Sərgi bir rəssam kimi mənim üçün ən yüksək hisləri keçirdiyim sərgidir. Belə bir gözəl sərginin təşkilində əməyi keçən hər kəsə, xüsusən Heydər Əliyev Mərkəzinə təşəkkür edirəm".
Sərginin kuratoru Stefan Stoyanov çıxış edərək ən böyük arzusunun bu gün gerçəkləşdiyini dilə gətirib: “Mən Nəsimi İncəsənət Festivalı zamanı Bakıda olmuşdum. Həmin vaxt bu möhtəşəm Heydər Əliyev Mərkəzində də olmuşduq və bina mənə çox böyük təəssürat bağışlamışdı. Heydər Əliyev Mərkəzi yeni əsrin ən gözəl memarlıq nümunəsidir. Mənim üçün artıq arzusunda olduğum anın-Raşid Al Xəlifənin sərgisinin bu binada təşkil edilməsi xoşbəxtlik hissi yaradır”.
Sərginin digər kuratoru Yasmin Şarabi çıxış edərək bildirib ki, sərgidə rəssamın olduqca maraqlı əsərləri var: "Ziyarətçilər burada qeyri-adi parametriyanı görmüş olacaqlar. Həmçinin Bəhreynin özünəməxsus memarlıq hissələrini tərənnüm edən əsərləri və ilahi naxışları özündə daşıyan həndəsi elementləri görə biləcəklər. Şeyx Raşid Al Xəlifə qədimliklə müasirliyi özündə ehtiva edən əsərləri ortaya qoyur. Əsərlər gələcəyə doğru nəzər salır, lakin keçmişi yaddan çıxarmır".
Şeyx Raşid Al Xəlifə hər kəsi salamlayıb və belə gözəl binada fərdi sərgisinin təşkilindən məmnun olduğunu qeyd edib: "Mən Bəhreynlə Azərbaycan arasında incəsənət sahəsində mübadilə proqramının daha da genişləndirilməsini arzu edərdim. Mənim sərgimi qəbul etdiyinə görə Heydər Əliyev Fonduna və onun rəhbərliyinə təşəkkür edirəm".
Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov bu sərginin paytaxtımızda təşkilinin əhəmiyyətini qeyd edib: “Bizim üçün böyük imkandır ki, belə gözəl və möhtəşəm sərgini Heydər Əliyev Mərkəzində təşkil edə bilmişik. Biz gələcəkdə Bəhreyndə gənc heykəltəraş və rəssamlarımızın birgə mübadilə sərgilərinin təşkilinə çalışacağıq. Düşünürəm ki, bizim gənc heykəltaraş və rəssamlarımız da bundan bəhrələnəcək”.
Qeyd edək ki, Raşid Al Xəlifə əsərlərini onu əhatə edən təbiətdən ilhamlanaraq yaradır. Rəssamın incəsənət nümunələri digərlərindən ənənəvi və müasir memarlığın ətraf mühitlə vəhdəti ilə fərqlənir.
1952-ci ildə Bəhreyn kral ailəsində anadan olan Raşid Al Xəlifə Böyük Britaniyanın Hastinqs Kollecində incəsənət və dizayn üzrə təhsil alıb. Karyerasına peyzaj rəngkarlığı ilə başlayan rəssamın həyatında və ətrafındakı dəyişikliklər seçdiyi sahəyə də təsir edib. Ötən əsrin 80-ci illərində Raşid Al Xəlifənin yaradıcılığında efemer incəsənət nümunələrinə daha çox rast gəlinirdisə, 90-cı illərdəki əsərlərində abstrakt formalar, digər materiallarla, xüsusən də onun yaradıcılığına xas olan “qabarıq kətan”la eksperimentlər üstünlük təşkil edir. 2000-ci illərdə isə alüminium rəssamın yaradıcılığının mərkəzinə çevrilir.
Raşid Al Xəlifə müxtəlif beynəlxalq sərgilər, incəsənət yarmarkaları və biennalelərin iştirakçısıdır. Hazırda o, Bəhreyn İncəsənət Şurasının sədridir. Təsis etdiyi RAK Art Foundation isə həm də gənc rəssamlara dəstək göstərir.
Heydər Əliyev Mərkəzindəki sərgi sentyabrın 10-dək davam edəcək.
Yeddi professor Elmi Şuradan çıxarılıb - QALMAQAL
Okan Buruk "Yuventus"la oyuna kimlərlə çıxacaq? - Heyət müəyyənləşir
Azərbaycanda bu sahələr rüsumdan azad olunub
Suraxanıda yaşlı qadın küçədə ölüb
ÇL: "Yuventus" - "Qalatasaray" oyununun hakimi açıqlandı (FOTO)
AAYDA-da işçiləri maaş ala bilmir
İsrail Qəzzanı yenı vurdu - Ölənlərin sayı 72073-ə yüksəldi
Bakıda 53 yaşlı kişi öldürülüb (Yenilənib)
Şeyxin qudası ölkəni tərk etdi: "Türkiyədən də Amerikaya gedəcək"
“Bakcell” və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib - FOTOLAR
XİDMƏT RƏİSİ GENERALI ÖZÜNƏ KÖMƏKÇİ GÖTÜRDÜ - Maraqlı təyinat
Sabah hava necə olacaq? - Proqnoz
Prezident daha iki qanunu təsdiqlədi - Dəyişiklik
Xəzərin sahillərində minlərlə quş tələf olub - FOTOLAR
İlham Əliyev İranın yol və şəhərsalma nazirini qəbul edib - MÜZAKİRƏ
Ağdərənin 4 kəndinə köç oldu
PREZİDENT BU ŞƏXSLƏRLƏ BAĞLI SƏRƏNCAM VERDİ - Siyahı
Prezident İlham Əliyev sərəncam imzaladı
Səməd Vurğunla bağlı sərəncam imzalandı
İstanbulda "Casperlar"a qarşı əməliyyat: kriminal şəxslərə "məlumat sızdıran" 7 polis qandallandı
Narkomafiya hökumətə vaxt qoydu: "Ya onu buraxın, ya da şəhəri altını üstünə çevirəcəyik"
SABİQ İCRA BAŞÇISININ HƏBSİYLƏ BAĞLI QƏRAR VERİLDİ
Hərbi xidmətlərə könüllü qatılanlar... - Nələr olacaq?
Həqiqi hərbi xidmət dövrü ilə bağlı qanun dəyişir - Detallar
Aparıcı müğənnidən 102-yə şikayət edib - Efirdə qalmaqal
17 martda imtahan olacaq - DİM açıqladı
Generalın həbs olunan oğlu barədə yeni qərar verilib
Qrenlandiya Trampın təklifini rədd etdi
Goranboyda peyvənd olunan körpə ölüb
MN əhaliyə əhaliyə çağırış edib
Bakıda gül mağazasında partlayış olub - VİDEO
İsrail Qəzzaya hücum edib - Bir qadın həlak olub
İki qonşu ölkə gecə boyu atışdı: ölənlər var - Bəyanat
Baş məşqçisi: "Nəticəyə görə çox kədərliyik"
Fatih Tekke: "Oyundan oyuna uğur qazanırıq"
"Arsenal" 3 xalı 4 qolla qazandı
Tramp: "Biz oraya bir xəstəxana gəmisi göndəririk"
Çingiz Abdullayev və Ramiz Mehdiyev romanı…
"Liverpul" son saniyədə qalib gəldi
Kartel lideri öldürüldü, ölkə qarışdı - Amerikalı turistlər hava limanında girov götürüldü (FOTOLAR)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
“Azərişıq” heç bir borcu olmayan “Veysəloğlu” şirkətlərinin ofislərini işıqsız qoydu (Yenilənib)
Ramazanın 5-ci günün duası: imsak və iftar vaxtı