Ədalətli dünya nizamı uğruna böyük çağırışlar... - Dosent yazır
15-03-2023 [00:42]
Əli Cabbarov,
Naxçıvan Dövlət Universitetinin dosenti
***
Elmin, texnologiyanın yüksək sürətlə inkişaf etdiyi bir dövrdə bəşər cəmiyyətini gərginliyə sürükləyən qlobal təhlükələlər, beynəlxalq etimadı sarsan siyasi ədalətsizlik və dünya düzəninin köhnəlmiş oyunqurucularının hərəkətsizliyi hər kəsin ləyaqətlə yaşayacağını təmin edə bilən gələcək nizamın qurulması üçün səslənən müasir çağırışları hər keçən gün daha da aktual edir.
Bu mənada, son 30 ildə qarşılaşdığı işğal və ikili standartlara qarşı sivilizasiyalarası dialoqda öz çəkisini sübut etmiş Azərbaycan Respublikasının dünyanın böyük güclərinin müharibə meydanlarında “başının qarışdığı” məsuliyyəti bir dövrdə yaşlı planetimizin yaşıl gələcəyi üçün sülhsevər xalqları, onların dövlət və hökumət başçılarının bir araya gətirdiyi humanitar forumlara evsahibliyi etməsi ölkəmizi hər kəsin ümidlə gözünü dikdiyi bir mərkəz halına gətirmişdir. Dahi Nizamının ana Vətəni Azərbaycandan dünyaya hər kəsin başa düşəcəyəi dildə verilən sülh məsajları, bu baxımdan, dünyanın çoxdan arzusunda olduğu ümumbəşəri ədalət yolunda ciddi çağırışlardır.
Getdikcə mürəkkəbləşən qlobal iqtisadi problemlər və geosiyasi proseslər fonunda isə bu ədalətin çox uzaqda olduğunu və hətta ən qorxulusu, onun gedərək insanlıqdan daha da uzaqlaşmasını görməkdəyik. İqtisadi artım uğrunda qlobal sərmayənin daha da acımasız olduğu, təbii ehtiyatların və enerji resurslarının gedərək tükəndiyi, kiçik bəhanələrlə işğalçılıq müharibələri başladıb xalqların başına böyük müsibətlər gətrildiyi, içməli su və ərzaq ehtiyatlarının azaldığı gərgin bir dövrdə “ədalət” kəlməsinin çox kövrək olması bir reallıq kimi dünyanın qarşısında durmaqdadır. Bu reallığı hamıdan çox yaşayan inkişaf etməkdə olan ölkələrin xalqlarının yüksəksəviyyəli nümayəndələri isə bir gün mütləq şəkildə dünyanın 5-dən böyük olacağını bilərək nizam-tərəzinin əyilmədən hər kəsin rahat, işğala məruz qalmadan sülh şəraitində yaşaması üçün növbəti dəfə Bakıda toplaşdılar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunun iştirakçıları olan nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri və təmsilçiləri, mövcud və sabiq dövlət başçılarını, tanınmış ictimai xadimləri yeni dünya düzəninin formalaşdığı, Soyuq müharibənin bitməsindən sonra dünyanın böyük güclərini qarşı-qarşıya gətirmiş olan Rusiya-Ukrayna müharibəsinin davam etdiyi dövrdə bir araya gəlməklə bəşəriyyətin qarşılaşdığı fəlakətlərin qarşısına keçməkdə daha bir mühüm addım atdılar. Qonşuları ilə qonşu kimi yaşaya bilməyənlərin qatılmadığı bu Forumda Bakıdan dünayaya verilən çağırışlarda işğalın cəzasız qalmayacağı, təcavüzün heç bir yerdə, heç bir halda təqdir olunmayacağı bir daha təsdiq edilərək problemlərə ədalətli yanaşma üçün həmrəyliyin bu gün həmişəkindən daha vacib olduğunu vurğulandı. Həmrəylik üçün isə bu gün daha ciddi səbəblər vardır.
Qlobal qida, içməli su, enerji, nüvə təhlükəsizliyi, iqlim dəyişikliyi problemlərinin həlli, hər kəsə əlçatan olan səhiyyə xidmətlərinin yaradılması müasir dünyanı, onun sağlam düşücəli bütün beyin mərkəzlərini düşündürən ən vacib məsələlərdəndir. Belə ki, hələ böyük Azərbaycan şairi Nizami Gəncəvinin yaşadığı dövrdə bu problemlər indiki kimi qlobal miqyaslı olmasa da o vaxtdan keçən dövrdə mavi planetimizi, onun sakinlərini təhdid edən bu problemlərin səbəbkarı da elə insan özü, onun ədalətsiz qərarları olmuşdur. Dünya düzəninin tənzimlənməsi üzrə təsis olunmuş BMT kimi böyük beynəlxalq təşkilatların faktiki olaraq funksiyasını itirməsi və ya yönəldiyi prioritetlərdə güclünün tərəfini tutaraq problemlərə sellektiv yanaşması forum iştirakçılarının fikrincə ən böyük ədalətsizlikdəir. Azərbaycanın 30 ilə yaxın müddətdə məruz qaldığı işğal faktına qarşı sadəcə təəssüf hislərini bildirən beynəlxalq təşkilatların yürütdüyü ikili standartlar çərçivəsindəki siyasət məhz bu gün bütün Avropanı ipə-sapa yatmayan aqressorla üz-üzə qoymuşdur. Rusiya dəstəkli erməni, abxaz, osetiya, Dnestryanı separatizminə, 2014-cü ildə Krımın ilhaqına göz yumub, ucuz qaz almağı daha sərfəli sayan mədəni dünya bu gün rus barbarlığına dözməyə məcbur qalmışdır. Ötən bir ildən artıq müddətdə viran qalmış Ukrayna şəhər və kəndlərinə, bu sülhsevər ölkənin dağılmış infrastrukturuna qarşı daha dözmək istəməyən dünya görəsən 30 il əvvəl erməni faşizminə, onun qanlı Xocalı soyqırımı əməlinə qarşı niyə dözürdü?!
Bəli, bu gün özünün yaşadığı əzablı təcrübələrə rəğmən Azərbaycan Respublikası Rusiyanın enerji terrorundan əziyyət çəkən ölkələrə onların çox ehtiyacı olduğu minnətsiz enerjini təmin etməklə sanki dahi Nizaminin əsərlərindən insanlığın aldığı mənəvi enerjinin də torpaqdan şölələndiyinin bir təsadüf olmadığını bir daha sübut etdi. İşğal olunmuş torpaqlarını Ali Baş Komandanının qətiyyəti, qəhrəman Ordusunun gücü ilə azad edib, milli qürururnu özünə qaytaran Azərbaycan bu gün Cənubi-Qafqazın bir daha yeni senarilər meydanına çevrilməməsi üçün liderlik mövqeyini ortaya qoymaqda da qətiyyətlidir. Qardaş və dost ölkələrin artan dəstəyinə arxalanan dövlət başçımız öz dərin praqmatik düşüncəsi, irəliyə hədəflənmiş strateji baxışları ilə Xeyirin Şər üzərindəki qələbəsini yaxınlaşdıran bir siyasət yürütməklə hər kəsin böyük Nizaminin arzuladığı ədaləti də yaxınlaşdırmaq missiyasını həyata keçirir. Dünənə qədər ermənilərin Sərsəngdəki su terrorundan əziyyət çəkən Azərbaycanın bu gün təbii sərvətlərini, Qarabağın yaşıl və hidroenerji potensialını dünyaya transfer edərək 2100-cü illərə yönəlmiş strateji çağırşlara cavab verməsi də bu mənada, mənzum hekayə deyil, ölkəmizin qlobal inkişafa verdiyi real töhfə kimi Forum iştirakçılarının diqqətinin yönəldiyi vacib tezislərdən idi.
Dünyamiqyaslı nüfuzlu Qlobal Bakı Forumunun budəfəki yubiley sayı olduqca mühüm yaddaqalan bir tarixə təsadüf edir. Xalqımızın Ümumilli Lideri, müasir Azərbaycan dövlətinin memarı Heydər Əliyevin anadan olmasının 100-cü ilində keçirilmiş bu Forum təkcə onun iştirakçılarına deyil, bütün dünyaya göstəridi ki, ölkəmiz sağlam zəmində inkişaf etməklə yeni dünyanın siyasi və iqtisadi xəritəsində çox uğurla yer tutmuşdur. Azərbaycanı kommunist rejimdən çıxarmaqla məruz qaldığı haqsızlıqlara rəğmən yaratdığı yeni monolit siyasi platoforma ilə dövrünü yüz il qabaqlayan Ulu Öndər Heydər Əliyevin irsi bu gün təkcə ölkəmizin deyil, onunla eyni taleyi paylaşan yaxın-uzaq bütün ölkələrin xalqlarının yoluna işıq yolu tutur. Artıq dünya başa düşür ki, bəzən illərlə, onillərlə davam edən problemlərə, milyonların məhvinə səbəb olan müharibələrə zamanı gələndə tək bir insanın müdrikliyi son qoya, xalqların arzu etdiyi ədalətli sülhə körpü sala bilər. Yaşadığımız narahat dünya bir daha göstərir ki, bu müdrikliyə, bu ƏDALƏTƏ hər zaman, xüsusən, insanları yalnız edən tikanlı divarların onları yaxınlaşdıran hamar körpülərdən daha çox tikildiyi müasir dünyada daha çox ehtiyac var.
Dahi Nizaminin “Sirlər xəzinəsində”ki fikri ilə desək:
Dünyaya fateh olmaz zülmkarlıq, rəzalət,
Yer üzünün fatehi ədalətdir, ədalət!
MİA.AZ
“Moody’s" Azərbaycanın kredit reytinqini yüksəldib - Açıqlama
Qəzza zolağında savaş: 37 fələstinli həlak olub
Milli Məclisin növbəti iclası iyulun 8-də olacaq
Ermənilər Bakıda hakim qarşısında - Zərərçəkənlər ifadə verirlər
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Şəxsiyyət vəsiqəsində dəyişiklik təsdiqləndi - Yaşayış yeri və...
ÖLKƏ LİDERLƏRİ XANKƏNDİDƏ: İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü başladı - VİDEO (CANLI) - YENİLƏNİB
Əmlakla bağlı yeni qanun qəbul olunub
Türkiyənin 32,5 faizi heç bir partiyaya inanmır - SORĞU
Sabah hava necə olacaq? - Proqnoz
Azərbaycan–Özbəkistan: Müttəfiqlikdən Qardaşlığa Ucalan Strateji Tərəfdaşlıq.. - Gülarə Verdiyeva yazır
"İlham Rəhimovun xilaskar obrazını cəmiyyətə sırıyan qüvvələr bunu anlayırmı?" - Eynulla Fətullayevdən sərt açıqlama
VƏRƏSƏLİK İŞİ... - Ali Məhkəmə vahid məhkəmə təcrübəsi qəbul edib
İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib - FOTOLAR
Milli ləzzətin oğurluğu - Paxlavanın erməni versiyası
Ərdoğan Füzuli Beynəlxalq Hava Limanında qarşılanıb
İlham Əliyev Şahbaz Şərifi qarşılayıb (YENİLƏNİB)
"Azəriqaz"da anarxiya: "Fəxri neftçi" imtahana girməyib, lakin üzünə durub deyirlər ki...
İlham Əliyev Trampa məktub göndərdi: "Qarşılıqlı faydalı əməkdaşlığımızın inkişafı üçün böyük potensial var"
Milli Məclis büdcənin icrasını təsdiqlədi
Türkiyə FAO şurasına üzv seçildi - Rusiya və Belarus isə...
Prezidentdən “Zəfər” şousundan paylaşım - VİDEO
İran prezidenti Füzuliyə gəldi - FOTO
"Prezidentiniz İlham Heydər oğlu Əliyevi qoruyun" - VİDEO
Tacikistan prezidenti Füzuli rayonunda belə qarşılandı - FOTO
Azərbaycan nefti daha bir dollar qalxdı
Ərdoğanın maaşı artdı - Bəs nazir və deputatlar nə qədər alacaq?
Beynəlxalq axtarışda olan Elçin Təhməzov tutuldu
Professor Ümüdvar Əliyevin oğlu qəzada ölüb
100-dən çox deputat və parlament işçisi zəhərlənib: "İki gündür dayanmadan qusuruq..." - Türkiyə parlamentində nə baş verir?
“2 gün sonra önəmli açıqlamalar verəcəm” deyən Yakutin ölümü müəmmalı ölümü - Həbsdən çıxan kimi kimi axtarıb?
Ərdoğan bu gün Xankəndiyə gəlir - Hansı mesajlar veriləcək?
İsrailli əsirlərin qohumları etiraza qalxıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qarpızın qiyməti düşdü, kəndli sata bilmədiyi qarpızları yerə vurdu
İsrailli nazir: "Qəzzanı tam işğal etməliyik"
İkardi İstanbula dönə bilmir - Hücumçu üç vəkil tutub
İstefasından 8 gün geri dönən Emre Belözoğlu vəd verdi
"Cevat Akarsu" anasının yanında dəfn olunub