Mançıni: "Zaniolo niyə yenidən millidə oynamasın ki?"

img

02-03-2023 [22:54]


İtaliya millisinin baş məşqçisi Roberto Mançini "Qalatasaray"ın yeni transferi Nikolo Zaniolo ilə bağlı açıqlamalar verib.

Mia.az xarici mediaya istinadla xəbər verir ki, Mançini Zaniolonun "Qalatasaray"a keçidini müsbət dəyərləndirib: "Ümid edirəm ki, Zaniolonun Türkiyədə təcrübəsi artaraq daha faydalı oyunçu olacaq. Çünki "Qalatasaray" kimi yüksək səviyyəli bir komandada oynayacaq. Əgər o, daha yaxşı çalışıb mövsümün qalan hissəsində fasiləsiz oynamaq imkanı qazanar və təcrübəsini artırarsa, nədən İtaliya millisində yenidən oynamasın ki?".

Mançini bildirib ki, futbolçunun əvvəli formasını bərpa edəcəyinə inanır.

Fərid

Mia.az

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA