"Liverpul"un brazilyalı ulduzu "Qalatasaray"a sifariş göndərdi: "Məni alın!"

img

01-03-2023 [19:03]


"Liverpul"la müqaviləsi yayda bitəcək brazilyalı futbolçu "Qalatasaray"ın formasını geyinə bilər.

Mia.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

"Sportcell"in iddiasına görə, "Liverpul"un 31 yaşlı ulduz oyunçusu Firmino "Qalatasaray"a gəlmək fikirinə müsbət yanaşıb.

Məlumata görə, mövsümün əvvəlində "Qalatasaray" onu heyətinə qatmaq istəyib, ancaq futbolçunun "yox" deməsinə görə danışıqlar yarımçıq kəsilib: "Bu dəfə isə brazilyalı futbolçunun özü meneceri vasitəsi ilə Türkiyə klubuna mesaj göndərib. O, "Qalatasaray"da oynamaq istədiyini deyib".

İngilis mediası iddia edir ki, yayda azad futbolçu ünvanı alacaq fransız futbolçunun transfer haqqının olmaması da "Qalatasaray"ın ona "yaşıl işıq" yandırmasına səbəb olub: "Tərəflər maaş məsələsi ilə bağlı danışıqlara başlayıb".

Fərid

Mia.Az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA