Pərdələr və ya arakəsmələr haqqında (esse)
24-02-2023 [22:57]
Hümbət Həsənoğlu
***
Nar meyvəsini açanda içindəki pərdələri görmüsünüz. Qoz meyvəsinin içində də belə pərdələr, arakəsmələr vardır.
Pərdələr ona görədir ki, meyvənin bir hissəsində olan xəstəlik, mərəz asanlıqla digər hissələrə keçməsin.
İnsan bədəninin daxilində hər orqanın da öz pərdəsi var. Ürəyin, ciyərlərin, hətta beynin də öz pərdəsi var.
Belə, lakin görünməyən pərdə- arakəsmələr gözümüzə, qulağımıza və digər hissiyyat orqanlarımıza da qoyulub.
Məsələn, insan gözü yalnız 400-700 nm işıq dalğası diapazonunda görür. Bundan kənar diapazonda insan gözü heç nə görmür. Əks halda biz əllərimizdə, ətrafda qaynaşan milyardlarla mikroblar görərdik ki, bu da yaşayışımızı mümkünsüz edərdi. Eyni zananda, dünyamız belə rəngbərəng və gözəl deyil, ağ-qara və boz rənglərdə olardı.
Qulağımıza da pərdə( məhdudiyyət) qoyulub. Biz səsi yalnız 16- 20000 hs. arası tezlikdə eşidirik. Bundan qıraq tezliklərdə, təbiətdə elə səslər ola bilir ki, biz dəhşətə gəlib qulağımızı tıxayıb yaşamalı olardıq.
Allahın dənizlər arası qoyduğu pərdə haqqında Quranda da yazılıb.
O gözə görünməyən pərdədən sular fırtınada belə qarışmır.
Düşünürəm ki, Allah bizim beynimizə də məhdudiyyət pərdələri qoyub. Bu pərdələrə görə biz ruhlar aləmini heç vaxt dərk edə bilməyəcəyik. İnsan min
ildən sonra da quşların, kəpənəklərin, cırcıramaların dilini başa düşməyəcək. Bunlar ona görə edilib ki, onlar bizdən və əksinə qorunaq.
Bəşəriyyət Allahın onun üçün müəyyən etdiyi, pərdələrlə dəqiq çərçivələnmiş dar bir cığırla gedir.
İnsan öz ağlı ilə də belə görünməz pərdə yarada bilir.
İnsanın ailədə, ictimai yerlərdə, könüllü olaraq özü ilə digər insanlar arasında qoyduğu bu məhdudiyyət pərdəsinin adı əxlaqdır.
Əxlaq insanı heyvandan fərqləndirən əsas meyardır.
Hətta dilimizdə də “ pərdə saxlamaq” ifadəsi var.
Ailədə, cəmiyyətdə, kollektivdə, dostluqda belə “pərdə saxlamaq” la çox problemlərin qarşısını almaq olar.
Bizi ayırmaq üçün deyil, bizləri qorumaq üçün yaradılan pərdələri birlikdə qoruyaq.
MİA.AZ
FHN-in şöbə müdiri haqda şok iddialar yayıldı - Blogeri hədələyən məmur kimdir? + VİDEO,FOTO (Yenilənib)
AGENTLİK SƏDRİ VƏZİFƏDƏN ÇIXARILDI - Yeni təyinat
Prezident İlham Əliyev yeni qanunu imzalayıb
Yeddi professor Elmi Şuradan çıxarılıb - QALMAQAL
Okan Buruk "Yuventus"la oyuna kimlərlə çıxacaq? - Heyət müəyyənləşir
Azərbaycanda bu sahələr rüsumdan azad olunub
Suraxanıda yaşlı qadın küçədə ölüb
ÇL: "Yuventus" - "Qalatasaray" oyununun hakimi açıqlandı (FOTO)
AAYDA-da işçiləri maaş ala bilmir
İsrail Qəzzanı yenı vurdu - Ölənlərin sayı 72073-ə yüksəldi
Bakıda 53 yaşlı kişi öldürülüb (Yenilənib)
Şeyxin qudası ölkəni tərk etdi: "Türkiyədən də Amerikaya gedəcək"
“Bakcell” və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib - FOTOLAR
XİDMƏT RƏİSİ GENERALI ÖZÜNƏ KÖMƏKÇİ GÖTÜRDÜ - Maraqlı təyinat
Sabah hava necə olacaq? - Proqnoz
Prezident daha iki qanunu təsdiqlədi - Dəyişiklik
Xəzərin sahillərində minlərlə quş tələf olub - FOTOLAR
İlham Əliyev İranın yol və şəhərsalma nazirini qəbul edib - MÜZAKİRƏ
Ağdərənin 4 kəndinə köç oldu
PREZİDENT BU ŞƏXSLƏRLƏ BAĞLI SƏRƏNCAM VERDİ - Siyahı
Prezident İlham Əliyev sərəncam imzaladı
Səməd Vurğunla bağlı sərəncam imzalandı
İstanbulda "Casperlar"a qarşı əməliyyat: kriminal şəxslərə "məlumat sızdıran" 7 polis qandallandı
Narkomafiya hökumətə vaxt qoydu: "Ya onu buraxın, ya da şəhəri altını üstünə çevirəcəyik"
SABİQ İCRA BAŞÇISININ HƏBSİYLƏ BAĞLI QƏRAR VERİLDİ
Hərbi xidmətlərə könüllü qatılanlar... - Nələr olacaq?
Həqiqi hərbi xidmət dövrü ilə bağlı qanun dəyişir - Detallar
Aparıcı müğənnidən 102-yə şikayət edib - Efirdə qalmaqal
17 martda imtahan olacaq - DİM açıqladı
Generalın həbs olunan oğlu barədə yeni qərar verilib
Qrenlandiya Trampın təklifini rədd etdi
Goranboyda peyvənd olunan körpə ölüb
MN əhaliyə əhaliyə çağırış edib
Bakıda gül mağazasında partlayış olub - VİDEO
İsrail Qəzzaya hücum edib - Bir qadın həlak olub
İki qonşu ölkə gecə boyu atışdı: ölənlər var - Bəyanat
Baş məşqçisi: "Nəticəyə görə çox kədərliyik"
Fatih Tekke: "Oyundan oyuna uğur qazanırıq"
"Arsenal" 3 xalı 4 qolla qazandı
Tramp: "Biz oraya bir xəstəxana gəmisi göndəririk"
Çingiz Abdullayev və Ramiz Mehdiyev romanı…