Nəsimi rayonunda Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib - FOTOLAR
24-02-2023 [16:53]
Xocalı faciəsinin ildönümü respublikamızın hər yerində olduğu kimi, Bakı şəhərinin Nəsimi rayonunda da geniş şəkildə qeyd olunur.
Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq rayonun idarə və təşkilatlarında, mədəniyyət müəssisələrində, orta və ali təhsil müəssisələrində faciə ilə bağlı müxtəlif tədbirlər keçirilir.
Mia.az xəbər verir ki, Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbdə Xocalı facəsinin otuz birinci ildönümünə həsr olunmuş “Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir” adlı tədbir keçirilib.
Tədbirdə RİH Başçısı, YAP Nəsimi rayon təşkilatının sədri, rayonun ictimai təşkilatlarının nümayəndələrinin, rayonda yaşayan Xocalı sakinləri, Vətən müharibəsi şəhid ailələri, əlilləri, veteranları və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Əvvəlcə Dövlət Himni səsləndirilmiş, sonra Xocalı soyqırımı qurbanlarının və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə məktəbin direktoru Nigar Hənifəyeva qonaqları salamlamış və tədbirin əhəmiyyətindən danışıb.
Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimayiyyətinin nəzərinə çatdırılması üçün görülməsi vacib olan işlər barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, bu faciənin geniş ictimaiyyətə çatdırılması üçün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük əməyi olmuşdur. Məhz onun təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisində ilk dəfə bu məsələyə siyasi qiymət verilmiş, faciənin dünya ictimaiyyətinə çatdırılması məqsədi ilə işlərə başlanmışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse- prezidenti Mehriban xanım Əliyevanın apardıqları məqsədyönlü siyasətin nəticəsidir ki, hər il faciənin ildönümü istər respublikamızda, istərsə də onun hüdudlarından kənarda geniş qeyd olunur.
Eyni zamanda qeyd olundu ki, Azərbaycanın tarixinə qızıl hərflər ilə yazılmış 44 günlük müqəddəs savaş dövlətimizin və xalqımızın iftixar ünvanına çevrilib. Vətən müharibəsində torpaqlarımız otuz illik işğaldan azad olundu, ölkəmiz ərazi bütövlüyünü bərpa etdi, Azərbaycan xalqı öz varlığını, milli məsələlərdəki həmrəyliyini, xalqımızın parlaq gələcəyini bütün dünyaya nümayiş etdirdi. Çox böyük qürur hissi keçiririk ki, əzəli, qədim Azərbaycan torpaqlarına, Qarabağa qayıtdıq.
Tədbirdə məktəb şagirdlərinin hazırladıqları kompazisiya və şerlər nümayiş olunmuş, Xocalı soyqrımına aid videoçarx göstərilib.
Tədbirin sonunda Xocalı sakinlərinə maddi yardım, ərzaq bağlamaları verilib.
Ləman
MİA.AZ
FHN-in şöbə müdiri haqda şok iddialar yayıldı - Blogeri hədələyən məmur kimdir? + VİDEO,FOTO (Yenilənib)
AGENTLİK SƏDRİ VƏZİFƏDƏN ÇIXARILDI - Yeni təyinat
Prezident İlham Əliyev yeni qanunu imzalayıb
Yeddi professor Elmi Şuradan çıxarılıb - QALMAQAL
Okan Buruk "Yuventus"la oyuna kimlərlə çıxacaq? - Heyət müəyyənləşir
Azərbaycanda bu sahələr rüsumdan azad olunub
Suraxanıda yaşlı qadın küçədə ölüb
ÇL: "Yuventus" - "Qalatasaray" oyununun hakimi açıqlandı (FOTO)
AAYDA-da işçiləri maaş ala bilmir
İsrail Qəzzanı yenı vurdu - Ölənlərin sayı 72073-ə yüksəldi
Bakıda 53 yaşlı kişi öldürülüb (Yenilənib)
Şeyxin qudası ölkəni tərk etdi: "Türkiyədən də Amerikaya gedəcək"
“Bakcell” və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib - FOTOLAR
XİDMƏT RƏİSİ GENERALI ÖZÜNƏ KÖMƏKÇİ GÖTÜRDÜ - Maraqlı təyinat
Sabah hava necə olacaq? - Proqnoz
Prezident daha iki qanunu təsdiqlədi - Dəyişiklik
Xəzərin sahillərində minlərlə quş tələf olub - FOTOLAR
İlham Əliyev İranın yol və şəhərsalma nazirini qəbul edib - MÜZAKİRƏ
Ağdərənin 4 kəndinə köç oldu
PREZİDENT BU ŞƏXSLƏRLƏ BAĞLI SƏRƏNCAM VERDİ - Siyahı
Prezident İlham Əliyev sərəncam imzaladı
Səməd Vurğunla bağlı sərəncam imzalandı
İstanbulda "Casperlar"a qarşı əməliyyat: kriminal şəxslərə "məlumat sızdıran" 7 polis qandallandı
Narkomafiya hökumətə vaxt qoydu: "Ya onu buraxın, ya da şəhəri altını üstünə çevirəcəyik"
SABİQ İCRA BAŞÇISININ HƏBSİYLƏ BAĞLI QƏRAR VERİLDİ
Hərbi xidmətlərə könüllü qatılanlar... - Nələr olacaq?
Həqiqi hərbi xidmət dövrü ilə bağlı qanun dəyişir - Detallar
Aparıcı müğənnidən 102-yə şikayət edib - Efirdə qalmaqal
17 martda imtahan olacaq - DİM açıqladı
Generalın həbs olunan oğlu barədə yeni qərar verilib
Qrenlandiya Trampın təklifini rədd etdi
Goranboyda peyvənd olunan körpə ölüb
MN əhaliyə əhaliyə çağırış edib
Bakıda gül mağazasında partlayış olub - VİDEO
İsrail Qəzzaya hücum edib - Bir qadın həlak olub
İki qonşu ölkə gecə boyu atışdı: ölənlər var - Bəyanat
Baş məşqçisi: "Nəticəyə görə çox kədərliyik"
Fatih Tekke: "Oyundan oyuna uğur qazanırıq"
"Arsenal" 3 xalı 4 qolla qazandı
Tramp: "Biz oraya bir xəstəxana gəmisi göndəririk"
Çingiz Abdullayev və Ramiz Mehdiyev romanı…