"Lalə Şövkət sona qədər susmayacaq" - "Mən bundan artıq heç nə deyə bilmərəm"

img

24-02-2023 [15:42]


"Siyasətdə elə adamlar var ki, onların bir sözü ilə ictimai rəyi ən azı 60 faiz dəyişmək mümküdür. Lalə Şövkətin partiyası zəifdir, amma özü lider tipidir”.

Mia.az xəbər verir ki, bu sözləri politoloq Azər Rəşidoğlu Feysbuk-da yazıb.

Onun sözlərinə görə, Lalə Şövkətin samballı fiqurdur: "İnanmıram ki, bu ranqda olan siyasətçi təqaüdçü taleyi ilə barışıb. Lalə xanım danışmalıdır. Onun barəsində deyilən "Rusiyanın adamı" şübhəsinə də partiyası deyil, özü aydınlıq gətirməlidir. Jurnalistlərdən qaçmaq çıxış yolu deyiıl. 20 yanvar, Gəncə qiyamı, OMON məsələsi və digər proseslərlə bağlı ən çox məlumata malik bir siyasi xadimdir. Məncə, Lalə xanım sona qədər susmayacaq! Şəxsən mən onun siyasətə qayıdışını təqdir edərdim".

Mia.az-ın məlumatına görə, "Sherg.az" Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxana Lalə Şövkətin aktiv siyastə dönüb-dönməyəcəyi barədə sual verib:

"O keçən seçkilərdə və gələn parlament seçkilərində namizədliyinin irəli sürülməsinə icazə vermədi. Amma dediyiniz məsələnin müzakirəsinə yalnız Azərbaycanda proporsional seçki sistemin bərba olunacağı və ölkənin parlament respublikasına çevriləcəyi təqdirdə qayıtmaq olar. Yəni siyasətə qayıdıb-qatıtmaması yalnız o zaman müzakirə oluna bilər. Mən bundan artıq heç nə deyə bilmərəm". 

Samir

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:48 03.05.2025

Hərbçimiz vəfat edib

18:13 02.05.2025

Ərdoğan KKTC-yə gedir