Əməkdar rəssam Ağa Saleh Nuriyev vəfat edib

img

23-02-2023 [15:18]


Əməkdar rəssam Ağa Saleh Nuriyev vəfat edib.

Mia.az xəbər verir ki, 83 yaşlı rəssam bu gün səhər saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, A.Nuriyev 1940-cı ildə Bakıda anadan olub. O, 1957–1962-ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq məktəbində, 1964–1973-cü illərdə Kiyev Dövlət Rəssamlıq İnstitutunda təhsil alıb. A.Nuriyev 1976-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olub. Onun əsərləri Gürcüstan, Rusiya, Almaniya, Türkiyə və Azərbaycanda nümayiş edilib. O, 2006-cı ildə Azərbaycan Prezidentinin sərəncamı ilə Əməkdar rəssam adına layiq görülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA