Putin niyə nüvə sazişindən çıxdı? - TƏHLİL
21-02-2023 [18:07]
Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə müraciət edib. Müraciət zamanı müxtəlif məsələlərə toxunsa da, bir məqam daha çox diqqət çəkib.
Belə ki, Kreml başçısı “Rusiya strateji hücum silahlarının azaldılması və məhdudlaşdırılması müqaviləsində iştirakını dayandırır” deyib.
Putin nüvə sazişindən çıxdı?
Putinin indiki məqamda belə bir açıqlama verməsi təsadüfi deyil. Onun Federal Məclisə müraciəti hər nə qədər Rusiya-Ukrayna müharibəsinin bir ilinin tamam olması və Qərbin, ABŞ-ın Ukraynaya dəstəyi ilə bağlı olsa da, ölkəsinin strateji hücum silahlarının azaldılması və məhdudlaşdırılması müqaviləsində iştirakını dayandırdığını elan etməsi tamamilə fərqli məsələ ilə bağlıdır.
Çünki məlum müqavilə Rusiya ilə ABŞ arasında imzalanıb və bu tərəflərdən birinin sazişi pozması halında qüvvədən düşə bilər. Yəni bu o deməkdir ki, ABŞ müqaviləyə zidd davranıb. Putinin müraciət zamanı “ABŞ bunu ilk etsə” deyərək topu ABŞ-ın üzərinə atması da bunu deməyə əsas verir.
Görünür, Kreml bu və ya başqa formada ABŞ-ın strateji hücum silahlarının azaldılması və məhdudlaşdırılması müqaviləsinə zidd olaraq sınaqlar keçirdiyini öyrənib. Əks təqdirdə belə iddialı danışmazdı. Çünki Strateji Hücum Silahlarının Azaldılması və Məhdudlaşdırılması haqqında Müqavilə (START) 2021-ci ilin fevralında başa çatarkən müqavilənin 5 il daha uzadılmasını təklif edən tərəf məhz Rusiya idi.
Pekinin Kremlə ötürdüyü kəşfiyyat materialları
Kremlin ABŞ-ın START müqaviləsinə zidd olaraq bu silahların sınaqlarını keçirdiyi və ya artırdığını necə, hansı yollardan öyrəndiyinə gəldikdə isə mümkündür ki, bu məlumatı Rusiyaya Çin ötürüb.
Məlum olduğu kimi, bir müddətdir ABŞ və Çin arasında aerostat qalmaqalı var. Çinə məxsus aerostatlar bir müddətdir ki, ABŞ ərazilərində kəşfiyyat uçuşları həyata keçirir. Rəsmi Vaşinqton isə bu uçuşlardan narahat olduğu üçün həmin aerostatlardan birini buyaxınlarda vurdu.
Vaşinqton hadisədən sonra açıq şəkildə bildirdi ki, Çin Aerostatı ABŞ tərəfinə məqsədyönlü şəkildə, kəşfiyyat materialları əldə etmək üçün göndərilib.
Bu hadisədən bir müddət sonra isə bu dəfə də Kanada-ABŞ sərhədində naməlum uçan obyekt vuruldu. Görünür, həmin obyektə Çinə məxsus olub.
Çinin ardıcıl Aerostatları ABŞ səmalarında uçuşlar həyata keçirib kəşfiyyat materialları toplaması ondan xəbər verir ki, Pekin Vaşinqtonun strateji hücum silahlarını sınaqdan keçirdiyini öyrənib və bu istiqamətdə kəşfiyyat materialları toplayır. İstisna deyil ki, Pekin bu kəşfiyyat materiallarını Rusiya ilə bölüşüb.
Kremlin cavab addımı Rusiya START müqaviləsindən çıxarsa bu həm regionumuz, həm də dünya üçün kifayət qədər ciddi təhlükə deməkdir. Məsələ ondadır ki, Rusiya nüvə arsenalını, qitələrarası ballistik raketlərini, sualtı qayıqlarda və ağır bombardmançı təyyarələrdə ballistik raketlərin sayını artırsa bu həm də həmin silahların gələcəkdə Şimali Koreya, İran kimi ölkələrə satıla biləcəyi ehtimalını yaradır.
Bu isə Çinin əl-qolunu açacağı kimi Vaşinqton üçün ən arzuolunmaz ssenaridir.
Turan Rzayev,
Politoloq
mia.az
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb