"Fənərbaxça"nın qolçusu komandadan ayrılacaq?

img

20-02-2023 [17:53]


Bu mövsüm Türkiyə superliqasında bombardir olan "Fənərbağça"lı Ennner Valensiya klubundan ayrıla bilər.

Mia.az xəbər verir ki, 33 yaşlı qolçunun transferi üçün Braziliyanın "İnternasional" klubu hərəkətə keçib. 

"UOL Esporte" yazır ki, "İnternasional" 33 yaşlı forvardı heyətinə qatmaq üçün düyməni basıb: "Klub prezidenti Valensiya ilə bir neçə dəfə telefonda danışıb. Əgər onun razılığı alınarsa, o zaman İstanbul klubu ilə danışıqlara ehtiyac qalmayacaq. Çünki futbolçunun anlaşması sezon sonunda bitəcək...".

Türkiyə mətbuatı isə yazır ki, Valenesiya ölkədəki zəlzələdən narahat olsa da, hazırda klubunu tərk etməyə istəkli deyil...

Fərid,

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA