"Yerli Haaland" "Qalatasaray" və "Fənərbağça"ya "yox" dedi

img

17-02-2023 [18:50]


Zəılzələyə görə superliqadan çəkilən "Hatayspor"un "Yerli Haaland" ləqəbli oyunçusu Bertuğ Yıldırım "Qalatasaray" və "Fənərbağça"nın  təkliflərini geri çevirib.

Mia.az Türkiiyə mediasına istinadla xəbər verir ki, Bertuğ Yıldırım mövsümün sonuna qədər "Antalyaspor"la anlaşıb.

Məlumata görə, "Yerli Haaland" qarşıdakı 3 ayda bu klubda top qovacaq.

Artıq onun transferi ilə bağlı Türkiyə Futbol Federasiyasına rəsmi bildiriş göndərilib.

Xatırladaq ki, bu futbolçunu "Qalatasaray" və "Fənərbağça" da heyətinə qatmaq istəyirdi.

Onu da qeyd edək ki, Bertuğ Yıldırım bu mövsümün ilk yarsında "Hatayspor" formasıyla 19 resmi maçda 4 qol, 2 ötürmə ilə yadda qalıb.

Fərid,

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA