Sumqayıtda 24 yaşlı gənci döyərək və bıçaqlayaraq öldürdülər

img

06-05-2014 [12:24]


Sumqayıtda qətl törədilib. Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə şəhərin 6-cı mikrorayon ərazisində qeydə alınıb.

Sumqayıt şəhər sakini, 23 yaşlı Pərvin Məhəmməd oğlu Əhmədov şəxsi münasibətlər zəminində, 24 yaşlı Bəhram Tahir oğlu Məmmədovu döyərək və bıçaqlayaraq qətlə yetirib.
Hadisəni törədən B. Məmmədov polis tərəfindən saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA