Bakı marşrutunda daha bir ağır qəza - çoxlu sayda xəsarət alan var

img

05-05-2014 [10:59]




Bu gün saat 08:25-də Bakıda daha bir sərnişin avtobusu ağır yol qəzasına uğrayıb.

Sabunçu rayon Polis İdarəsindən ANS PRESS-ə verilnə məlumata görə, "Koroğlu” metro stansiyasının yaxınlığında hərəkət edən 160 saylı sərnişin avtobusu qarşıda hərəkət edən "Nissan” markalı avtomobilə çırpılıb. Hadisə yerinə hüquq-mühafizə orqanları, təcili yardım və xilasedicilər cəlb olunub.

Hadisə şahidlərinin ANS PRESS-ə verdikləri məlumata görə, qəza nəticəsində avtobusda olan sərnişinlərdən 10-u yaralanıb. Yaralılardan 6 nəfərin xəsarəti ağır olduğu üçün onları xəstəxanaya aparıblar.

Xəstəxanaya Mehmet Yusif, Mustafa Ramazanov, Engin Şenor, Vüqar Məhərrəmov, Firuz Bayramov, Mirzə Rzayevin vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA