Çökən binanın altında qalan futbolçu ilə idman direktorundan 11 gündür xəbər yoxdur

img

16-02-2023 [11:21]


Fevralın 6-da Hatayda baş verən zəlzələdə çökən binanın altında qalan "Hatayspor"lu futbolçu Kristian Atsu ilə klubun idman direktoru Taner Savutdan 11 gündür xəbər yoxdur.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, xilasedicilər onların qaldığı mənzillərin çöküntüsünə yetişsə də, onları orada tapa bilməyiblər.

Xilasedicilər güman edir ki, hər iki şəxs xilas olmaq üçün dağınt alıtəında olan boşluqdan yararlanaraq başqa istiqamətə gediblər.

Hazırda çökən binanın fərqli istiqamətində axtarış davam edir.

Xatrladaq ki, futbolçunun meneceri və qohumları Qanadan zəzlələ bölgəsinə gələrək həsrətlə sevincli xəbəri gözləyirlər.

Menecerin sözlərinə görə, daha çox texnika və xilasediciyə ehtiyac var: "Biz burada yardım gözləyirik".

Fərid,

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA