Acun Ilıcalı zəlzələ bölgəsinə daha bir milyon yardım köçürüb

img

15-02-2023 [23:46]


Bir çox əyləncəli verilişlərin aparıcısı və İngiltərədə futbol klubunun sahibi olan Acun Ilıcalı zəlzələ bölgəsinə daha bir milyon lirə köçürüb.

Mia.az xəbər verir ki, bu barə\də o, az əvvəl canlı yayımda açıqlama verib.

Xatırladaq ki, bir neçə gün əvvəl  "İnstagram"da 13,6 milyon təqibçisi olan Acun Ilıcalı AFAD və Qızıl Aypara Cəmiyyətinin yardım hesablarını paylaşaraq, dünyadan yardım istəmişdi.

Xatırladaq ki, "Ahbap" Dernəyininn başkanı, müğənni Haluk Levent "Twitter"də paylaşıb ki, Acun Ilıcalı bölgəyə çox böyük yardım edib: "Sevgili Acun Ilıcalı bölgəyə 100 TIR su göndərir. Ayrıca sığınacaqların içini vacib  əşyalarla doldurmaq üçün 5 milyon tl dəyərində müxtəlif əşya göndərəcəyinə söz verdi...".

Ləman,

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA