Çempionlar Liqasının 1/8 final və 1/4 final qarşılaşmaları İTV-də canlı yayımlanacaq

img

14-02-2023 [12:00]


UEFA Çempionlar Liqasının 1/8 final və 1/4 final qarşılaşmaları İctimai Televiziyada canlı yayımlanacaq.

Mia.az xəbər verir ki, bu, "Saran Media" və ölkə ərazisində turnirin əsas yayımçısı "CBC Sport" telekanalı ilə əldə edilən razılaşma əsasında baş tutacaq.

Bu raundlarda keçirilən və "CBC Sport"da göstərilməyən görüşlər İctimai Televiziyanın efirində nümayiş olunacaq.

İlk olaraq bu gecə saat 00:00-da "Milan" - "Tottenhem" qarşılaşması təqdim ediləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR