YAXŞI ALİM, YAXŞI İNSAN
13-02-2023 [19:32]
(“Mənim xatirələrim” silsiləsindən)
***
Deyirlər yaxşı alim olmaq asandır, yaxşı insan olmaq çətindir. Deyirəm burda müəyyən həqiqət var, yaxşı insan olmaq doğrudan da, çətindir. Amma yalnışlıq da var, yəqin məsəlin müəllifi elmdən, alimdən uzaq olub. Ətrafımıza diqqətlə baxsaq, yüzlərlə, minlərlə yaxşı insan var, amma yaxşı alimi barmaqla saymaq olar. Deməli, yaxşı alim olmaq daha çətindir. Mənim qəhrəmanım Tofiq müəllim isə, hər iki çətinliyi aşmışdı, həm yaxşı alim, həm də gözəl insandı... Bəli, xatirələr məni yenidən qanadına alır, yaxın keçmişə - 80-lərə, həyatımın elmli, alimli illərinə aparır...
Mən ixtisasca geoloqam, Universitetdən sonra Bakıda Geologiya İnstitutunda işləmişəm. Aspirantlıq dövrümü Moskvada keçirmişəm, namizədlik dissertasiyası müdafiə etmişəm. Amma həmin dövrdən ədəbiyyatla maraqlanırdım, hətta “Komsomolskya Pravda”ya yazırdım. Bir-iki qeydimi vermişdilər, elə bil dünyanı mənə vermişdilər. İnstitutda da, yaşından asılı olmayaraq, ədəbiyyatı sevənlərlə, bilənlərlə dostluq edirdim. Tofiq Həsənovu mən belə kəşf etmişdim. O, ixtisasca poleontoloq, elmlər doktoru idi. İxtisasımız ayrı, yaş fərqimiz çox olsa da, xobbimiz bir idi. Tofiq müəllim rus və dünya ədəbiyyatını yaxşı bilirdi. Tez-tez 4-cü mərtəbəyə, onun yanına qalxırdım, elmdən, ədəbiyyatdan söhbətlər edirdik. Bir dəfə mənə məhşur rus poleontoloqu və fantast-yazıçısı İvan Yefremovu oxumağı tövsiyə etmişdi. Onun həmin dövrdə qadağan olunan “Ças Bıka” da oxumağa vermişdi...
Və 87-ci ilin məlum hadisələri... Xalqımızın böyük oğlu Heydər Əliyevi Moskvada Siyasi Bürodan və vəzifədən uzaqlaşdırdılar. Bizim Geologiya İnstitutunda da Heydər Əliyevin şəkillərini çıxarmağa, atmağa başladılar. Mən həmin portretlərdən birini, xoşuma gələni gətirib otağımda, yanımda divardan asdım. Bu şəklə görə başım çox ağrılar çəkdi, qulağım çox sözlər eşitdi. Otağa girənlərin hər biri mənə irad bildirməyi özünə borc bilirdi. Hətta yaşlı partkomumuz Sveta xanım “gənc kommunistə yaraşmır” demişdi. Hamısına bir cavabım vardı, deyirdim indi adi məktəb direktoru olmaq çətindir. Heydər Əliyev öz gücünə general mərtəbəsinə yetişib, Azərbaycana rəhbərlik edib, hətta Siyasi Büroya qədər yüksəlib. Deməli, kişi dahidir!
Şəkil təbii ki, Tofiq müəllimin də gözündən qaçmamışdı. Bir dəfə oturub xeyli baxdı, dedi “bu kişi bizim qohumumuzdur, hətta şəxsi tanışlığımız da var, xeyirdə-şərdə bir-iki dəfə görüşmüşük”. Sonra təəccüblə baxdığımı görüb əlavə etdi ki, “uzaq qohumuq, hardasa qudayıq”. Qohumluq söhbətində dərinə getmədik, amma münasibətlərdə dərinə getdik, faktiki olaraq, mən onu yenidən kəşf etdim. Tofiq müəllimin otaqda işçiləri vardı, amma mən çox vaxt tək olurdum, ona görə tez-tez gəlirdi. Təbii ki, bu gəlişlərin aşağıda açıqlayacağım səbəbləri də yox deyildi, amma bizi ümumi maraqlar da birləşdirirdi. Ədəbiyyatdan, arabir siyasətdən, kasıbçılıqdan danışır, dərdləşirdik. Tofiq müəllim SSRİ Elmlər Akademiyasının gəmisində dünyanın yarısını gəzmişdi, öyrənmişdi, çox yerlər görmüşdü, çox şeylər bilirdi...
Məhşur Çin filоsоfu Kоnfutsinin yaхşı bir kəlamı var, deyir yüz dəfə qaranlığı söyməkdənsə, bir dənə şam yandırmaq yaхşıdır. Bu sözlər elə bil qəhrəmanımın adına yazılmışdı. Tofiq müəllimin də qaranlığı söyməklə, yəni pislə, şər işlə arası yох idi. Оnunku хeyir işdi, yaхşılıq etməkdi. Məndən yaşca və başca çox böyük olsa da, sadə və səmimi insan idi. Оdur ki, işim çətinə düşəndə, dalana dirənəndə Tofiq müəllimə müraciət edir, оnunla məsləhətləşirdim. Sağ оlsun – bildiyini məndən əsirgəmir, sözün əsil mənasında, yоlumda şam yandırırdı. Və yavaş-yavaş isti münasibətlərimiz yaranırdı. Оnu tanıdıqca göztохluğuna və şükranlığına heyrət edirdim. Inanın ki, bu kişi paхıllıq nə оlduğunu bilmir, Allahın verdiyinə daim şükr edirdi. Оndan bir nəfər haqqında bir pis kəlmə eşitməmişdm. Yaхşı tərəfi varsa deyir, оlmayanda dinmirdi.
Bəli, biz Tofiq müəllimlə qohumluq söhbətində dərinə getməsək də, İnstitutda gedirdilər. Kişini sözün əsl mənasında, gözüm-çıxdıya salmışdılar. Bilmirəm göstəriş hardan gəlirdi, amma ona qarşı əməlli-başlı kampaniya gedirdi. Elmi Şuranın iclaslarına dəvət etmirdilər, özü gələndə də irəli dəvət etmirdilər, arxada elmlər namizədlərinin yanında əyləşirdi. Halbuki, elmlər doktorları hamısı, o cümlədən Tofiq müəllim Elmi Şuranın üzvü idi. Abırlı adam idi, öz yerini bilirdi, artıq iclaslara da gəlmirdi. Səhv etmirəmsə, həmin dövrdə İnstitutda “Paleontologiya” jurnalı nəşr edilirdi, redaktoru da Tofiq müəllm idi, redaksiyası da onun otağında yerləşirdi. Günlərlə vaxtını bu jurnala həsr edirdi, otağında işləyirdi, az-az görüşürdük...
Bundan sonra, Tofiq müəllimlə yollarımız hardasa 10 illik ayrıldı. 90-larda İttifaqda və Respublikada hərc-mərclik dövrü başladı, Akademiyada iş faktiki olaraq dayandı. Mən birdəfəlik elm sahəsindən getdim və mətbuata keçdim. Sonra Respublikanı tərk etdim, bir müddət Rusiyada yaşadım və işlədim. 90-ların axırlarında, vəziyyət düzəlməyə başlayanda Bakıya qayıtdım və “Xalq Qəzeti”ndə işə başladım. Akademiyaya, Geologiya İnstitutuna getdim, köhnə dostları, o cümlədən Tofiq müəllimi axtardım. Dedilər ki, burda oturmur, artıq Muzeyin direktorudur, orda olur. Qeyd edim ki, Geologiya İnstitutunu nəzdində H.Zərdabi adına Təbiət Tarixi Muzeyi fəaliyyət göstərir, keçmiş Tele-teatrın arxa tərəfində yerləşir. Muzeyə zəng etdim, getdim...
Tofiq müəllimin ayrıca kabineti, katibəsi, hətta sürücüsü də vardı. Məni çox yaxşı qarşıladı, xeyli söhbət etdik. Artıq Elmlər akademiyasının müxbir üzvü, Azərbaycan Paleontologiya Cəmiyyətinin prezidenti idi. Kişi çoxdan layiq olduğu mərtəbələrə çatmışdı, üzü gülürdü. Mənim işimlə, şəxsi problemlərimlə maraqlandı, kömək təklif etdi, “çox sağ olun” deməklə canımı qurtardım. Amma borclu da qalmadım, görüş çərçivəsində müşahidələrimi qaraladım, “Xalq Qəzeti” üçün Təbiət Tarixi Muzeyi və onun rəhbəri haqqında samballı bir yazı hazırladım.
2000-lərin əvvəllərində məni Geologiya İnstitutuna Mətbuat Xidməti yaratmağa dəvət etdilər. İşimlə əlaqədar bəzən Elmi Şuranın iclaslarında iştirak edirdim. Tofiq müəllim də arada gəlirdi, adəti üzrə arxa sırada əyləşirdi. İrəlidə bir vəlvələ, bir zəlzələ yaranırdı ki, gəl-görəsən. Rəhbərliyin işarəsi ilə müavinlər, akademiklər arxaya yüyürürdü, Tofiq müəllimi zorla qaldırıb qabağa gətirirdilər, Prizidiumda əyləşdirirdilər. Mən dünyanını işinə, 180 dərəcə dəyişməsinə heyrət edirdim... Düşünürəm ki, Tofiq Həsənov da həmin hissləri keçirirdi...
Sonra... Sonra bizim dünyada yaxşı adamların, bizim Akademiyada yaxşı alimlərin biri də azaldı...
Allah ruhunu şad eləsin...
Qalib ARİF
MİA.AZ
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
“Azpetrol” şirkəti də Ruslan Eyyubova məxsus imiş...
Ebru Gündeşin keçmiş əri sərbəst buraxılıb (Yenilənib)
Rusiyada İslam Bankı yaradılır - Duma üzvündən açıqlama
"Azərbaycanla Türkiyə iki bədəndə bir candır”– Tənzilə Rüstəmxanlı ilə VİDEOMÜSAHİBƏ
Ərəblər "Fənərbağça"nın hücumçusunu satın alır - Danışıqlar başlayıb
Məşhur müğənninin villası satışa çıxarıldı - 5.2 milyona + FOTOLAR
"Güzəştli mənzil" sisteminə kiberhücum... - DTX araşdırmaya başlayıb
Sahil Babayev Regional Maliyyə İdarəsinə rəis təyin edib
Arda Turan "Fənərbağça"nın oyunçusunu istəyir
"Arsenal" gənc müdafiəçi Darli Bakola ilə maraqlanır
"Qalatasaray" yeni transferlərə hazırlaşır - Siyahıda kimlər var?
Deputatar bu tarixdə toplanır: hansı dəyişiklik müzakirə olunacaq?
Suriyada məsciddə partlayış: 8 nəfər ölüb, yaralılar var
"Axios" Tramp və Zelenskinin görüş yeri və tarixini yazdı
Çin 6-cı nəsil qırıcı təyyarəsi ilə dünyaya qorxu saldı
Ədliyyə Nazirliyi partiyanın müraciətini geri qaytardı
Ruben Vardanyanın məhkəməsi təxirə salınıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Prezident daha bir qanunu təsdiqlədi - Dəyişiklik
Nazir, komitə, xidmət rəisi... - Onların qəbul günləri açıqlandı
"Bakı Metropoliteni" iş saatlarında dəyişiklik edəcək
“Cəhalətdən Cəmiyyətə” - Qadın liderlər yenə bir arada
XİN başçısından Bakıdakı "Rus Evi"nin ləğvi ilə bağlı - Açıqlama
Üç nəfər futboldan uzaqlaşdırılıb
Xətaidə qətl: 31 yaşlı şəxs 45 yaşlı kişini öldürdü
Ceyhun Bayramov: "Sülh prosesində böyük irəliləyiş əldə olunub"
200 000 manatlıq “Porsche Cayenne” sənin ola bilər!
Hakim Rafail Sadıxovun hakimlik fəaliyyətinə xitam verildi
Bu klublar cərimələnib
Gürcüstana səfər edənlərin diqqətinə: mütləq tibbi sığorta alın! - AZAL-dan xəbərdarlıq
ƏLİ BAĞIŞDAN "ALTI VƏ SIFIR"
Ermənistan vətəndaşları məhkəmədə: Davit İşxanyan son söz deyir
“ASAN Xidmət”də əlbəyaxa dava düşüb
Məhkəmə sədri vəfat edib
Milli Məclisin növbəti iclasının vaxtı bəlli olub
“İstanbul Klinika” cərimələndi
"Patent haqqında" qanuna çoxsaylı dəyişikliklər edilib - Detallar
Sergey Narışkin Azərbaycan prezidentini təbrik edib - MƏTN
Türkiyədə klub tam başsız qaldı - Vitse-prezident də tutuldu
Sabah hava necə olacaq? - Proqnoz
"Azercell" "Kinon" tətbiqinin funksionallığını genişləndirir
QARABAĞA KÖÇ DAVAM EDİR
MİT terrora hazırlaşan İŞİD-çini qandalladı