UNEC-də “Hay soyu ərmən cildində” adlı kitabın təqdimatı keçirilib
11-02-2023 [09:20]
UNEC-də “Oxu mədəniyyəti” layihəsi çərçivəsində Almaniyada yaşayan azərbaycanlı alim Rasim Sadiqin “Hay soyu ərmən cildində” adlı kitabının təqdimatı keçirilib.
Mia.az xəbər verir ki, ümumi fənlərin tədrisinin təşkili departamentinin (ÜFTTD) direktoru dosent Gülnarə Rzayevanın moderatorluğu ilə keçən tədbirdə AMEA-nın tarixçi-alimləri və UNEC-in professor-müəllim heyəti iştirak edib.
UNEC rektoru professor Ədalət Muradov Azərbaycanın tarixi düşmənləri olan ermənilərin hay soyu tarixi barədə həqiqətlərinin dünyaya çatdırılmasında təqdim olunan kitabın mühüm rol oynayacağını bildirərək, müəllifi təbrik edib. Rektor UNEC-də fəaliyyət göstərən Ermənistan İqtisadiyyatının Araşdırma mərkəzində hər iki ölkənin iqtisadiyyatı ilə bağlı tədqiqatların aparıldığını, həmçinin Ermənistanın iqtisadi durumu ilə bağlı erməni dilində olan mənbələrdən daha dolğun məlumat əldə etmək məqsədilə universitetdə 2 dəfə erməni dili kurslarının təşkil olunduğunu diqqətə çatdırıb. Qarabağın işğaldan azad olunmasından sonra belə tədqiqatlara böyük ehtiyacın yarandığını deyən rektor, UNEC alimlərinin Qarabağın iqtisadiyyatı, tarixi ilə bağlı tədqiqatlarını daha da genişləndirdiklərini qeyd edib.
Kitabın müəllifi dosent Rasim Sadiq bildirib ki, Prezident İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə hay-erməni və Hayastan-Ermənistan paralellərinin öyrənilməsinin Azərbaycan tarixçilərinin vəzifəsi olduğunu söyləmişdir. Müəllif bu gün həmin vəzifəni yerinə yetirdiyi üçün qürur duyduğunu bildirərək, apardığı araşdırmanın 44 günlük müharibədə qazanılmış möhtəşəm qələbəmizin zəminində gündəmə gəldiyini və “Yalanlar tarixinin gerçək üzü” layihəsinin nəticələrindən yaranmış birinci kitab olduğunu deyib. Müəllif son üç yüz ildə dünya tarixşünaslığına təlqin edilən “beş min illik erməni tarixi” tədqiqinin, bu günkü ermənilərin əcdadı olan “hay” etnosunun yaranmasının, onların Anadoluya və Cənubi Qafqaza miqrasiyasının tarixi, səbəbləri, səbəbkarları və nəticələrinin kitabda öz əksini tapdığını qeyd edib.
Tədbirdə çıxış edənlər kitabın müasir dövrümüz üçün çox faydalı olduğunu və dünyanın müxtəlif dillərinə tərcümə olunaraq, yayılmasının vacibliyini bildiriblər.
Tədbir iştirakçıları sonda Qarabağ kitablarından ibarət sərgi ilə tanış olublar.
Mia.az
MÜĞƏNNİ RUHİNİN BACISININ ƏRİ HƏBS EDİLDİ - Səbəb
İmamoğlunun qaynının narkotesti neqativ çıxdı - FOTO
QARADAĞDA MƏMUR HƏBSLƏRİ - Yeni qərar verildi
Mariya Stadnik məşqçi təyin olunub
Dik Advokat istefa verdi - Açıqlamalar
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
CHP-nin qalmaqallı qurultayı - Məhkəmə prosesi təxirə salındı
Astarada iki nəfər 10 kq narkotiklə saxlanıldı
Caner Erkin rekord yeniləyib - Millinin keçmiş oyunçusu 12 matçda 4 qırmızı vərəqə aldı
Ceyhun Bayramov Qambiya XİN başçısı ilə telefonda danışıb
FHN-in şöbə müdiri haqda şok iddialar yayıldı - Blogeri hədələyən məmur kimdir? + VİDEO,FOTO (Yenilənib)
AGENTLİK SƏDRİ VƏZİFƏDƏN ÇIXARILDI - Yeni təyinat
Prezident İlham Əliyev yeni qanunu imzalayıb
Yeddi professor Elmi Şuradan çıxarılıb - QALMAQAL
Okan Buruk "Yuventus"la oyuna kimlərlə çıxacaq? - Heyət müəyyənləşir
Azərbaycanda bu sahələr rüsumdan azad olunub
Suraxanıda yaşlı qadın küçədə ölüb
ÇL: "Yuventus" - "Qalatasaray" oyununun hakimi açıqlandı (FOTO)
AAYDA-da işçiləri maaş ala bilmir
İsrail Qəzzanı yenı vurdu - Ölənlərin sayı 72073-ə yüksəldi
Bakıda 53 yaşlı kişi öldürülüb (Yenilənib)
Şeyxin qudası ölkəni tərk etdi: "Türkiyədən də Amerikaya gedəcək"
“Bakcell” və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib - FOTOLAR
XİDMƏT RƏİSİ GENERALI ÖZÜNƏ KÖMƏKÇİ GÖTÜRDÜ - Maraqlı təyinat
Sabah hava necə olacaq? - Proqnoz
Prezident daha iki qanunu təsdiqlədi - Dəyişiklik
Xəzərin sahillərində minlərlə quş tələf olub - FOTOLAR
İlham Əliyev İranın yol və şəhərsalma nazirini qəbul edib - MÜZAKİRƏ
Ağdərənin 4 kəndinə köç oldu
PREZİDENT BU ŞƏXSLƏRLƏ BAĞLI SƏRƏNCAM VERDİ - Siyahı
Prezident İlham Əliyev sərəncam imzaladı
Səməd Vurğunla bağlı sərəncam imzalandı
İstanbulda "Casperlar"a qarşı əməliyyat: kriminal şəxslərə "məlumat sızdıran" 7 polis qandallandı
Narkomafiya hökumətə vaxt qoydu: "Ya onu buraxın, ya da şəhəri altını üstünə çevirəcəyik"
SABİQ İCRA BAŞÇISININ HƏBSİYLƏ BAĞLI QƏRAR VERİLDİ
Hərbi xidmətlərə könüllü qatılanlar... - Nələr olacaq?
Həqiqi hərbi xidmət dövrü ilə bağlı qanun dəyişir - Detallar
Aparıcı müğənnidən 102-yə şikayət edib - Efirdə qalmaqal
17 martda imtahan olacaq - DİM açıqladı
Generalın həbs olunan oğlu barədə yeni qərar verilib
Qrenlandiya Trampın təklifini rədd etdi