Dünya ulduzları Türkiyə üçün formalarını hərraca çıxarır - 3 futbolçunun imzalı formasından 5 milyon qazanılıb

img

10-02-2023 [12:43]


Türkiyə milli komandasının oyunçusu Merih Demiral zəlzələdə zərərçəkənlərə yardım etmək üçün hərraca çıxardığı Bonucci, Dybala və Ronaldunun formalarının satışından 5 milyon lira toplayıb.

Mia.az Türkiyə mediasına  istinadla xəbər verir ki, Merih Demiralın bu kampaniyasına futbo dünyasının dgər ulduzları da qoşulub. 

Belə ki, "Atletiko Madrid"dən Griezmann və Morata daı kampanyaya qatıldıqlarını açıqlayıb. Onlara "Tottenham"ın ulduzu Harri Kane və komanda yoldaşşı Kulusevskidın də dəstək gəlib. 

Bu arada "Mançester Sity"nin iki ulduzu De Bruyne və Haaland da Merihə hərraca çıxarılması üçün imzalı formalarını göndəriblər. 

Məlumata görə, bu kampaniyaya türk əsilli alman futbolçu Emre Can da dsətək verib.

Xatırladaq ki, üç gün əvvəl Merih portuqaliyalı ulduz futbolçu Ronaldu ilə telefonda danışaraq, zəlzələdən zəzrəçəkənlərə görə ona verdiyi imzalı formanı satışa çıxaracağını deyib. Məsələyə müsbət yanaşan Ronaldu Türkiyəyə başsağlığı verib və qərarı müsbət qarşıladığını bildirib.

Fərid,

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR