"Hatayspor" super liqadan çəkildi: "Biz daha oynamayacağıq" - Daha bir komanda belə qərar verəcək

img

09-02-2023 [21:44]


Zəlzələnin böyük fəsadlar yaratdığı Hatay təmsilçisi "Hatayspor"  super liqadan geri çəkilib.

Mia.az xəbər verir ki, bu barədə klub Futbol Federasiyasına məktub göndərib.

Türkiyə Futbol Federasiyasını prezidenti Mehmet Büyükekşi bu faktı Klublar Birliyi ilə keçirdiyi toplantıda açıqlayib.

"Hatayspor"un TFF-yə göndərdiyi məktubu oxuyan Büyükekşi deyib: "Klub bu gün bizə yazılı məktub göndərib. Bu mövsüm oynaya bilməyəcəklərini açıqlaylblar. Əgər "Gaziantep" klubu da liqadan çəkilərsə, bu iki klubumuzun haqlaırnı tanımaqla, liqaya 17 komanda ilə davam etməyi panlayırıq. Qarşıdakı mövsümdə isə 20 komanda ilə oyunlara başlayarıq".

Qeyd edək ki, "Hatayspor"un bir oyuçusu və idman direktoru hələ də dağlntı altından çıxarılmayıb.

Bu komandanın baş məşqçisi Volkan Dəmirəl bir neçə gün əvvəl ağlayaraq yardı  istəyirdi.

Xatırladaq ki, super liqanın daha bir təmsilçisi "Qaziantepspor"un da liqadan çəkiləcəyi gözlənilir.

Fərid,

Mia.Az


Digər xəbərlər
SON XƏBƏRLƏR