Məşhur aktrisa zəlzələdə vəfat edən dayısı və dayısı oğlundan yazdı: "Ürəyim dağlandı" - FOTO

img

09-02-2023 [19:30]


Məşhur aparıcı və aktrisa Zuhal Topalın dayısı və dayısı oğlu zəlzələdə ölüb.

Mia.Az xəbər verir ki, o, bu barədə "Instagram"dakı səhifəsində paylaşım edib.

Zuhal bildirib ki, fevralın 6-da baş verən zəlzələ zamanı yaşadıqları binanın çökməsi nəticəsində dayısının ailəsi dağıntılar altında qalıb: "Artıq dayım və dayım oğlunun cansız bədənləri dağıntılar altından çıxarıldı. Allahım yaşam savaşı verənlərə və onların çıxarılmasına canla-başla yardım edənlərə kömək olsun. Arayan, soran hər kəsə təşəkkür edirəm. Dualarım ölkə üçün...".

Aktrisa vəfat edən qohumlarının fotolarını da təqdim edib: "...Leventin itkisi ürəyimi dağladı. Allahım ailəsinə səbr verin..."

Ləman,

Mia.az

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA