Daha iki məşhur yeni seriala dəvət olundu - FOTOLAR

img

01-02-2023 [14:48]


Türkiyənin TV8 telekanalında yayımlanan və baş rollarda Engin Öztürk, Aybüke Pusat, Damla Çolbay, Sarp Akkaya, Yiğit Özşener, Berk Cankat, Uğur Uzunel, Esra Rusan, Naz Çağla İrmak, Savaş Özdemir və Turqay Tanülkünün yer aldığı "Sıfırıncı gün" serialı hər keçən seriyadan popilyarlıq qazanır.

Mia.az xəbər verir ki, "Ramo" və "Suskunlar" seriallarının usta rejissoru Çağatay Tosun son setə daha iki məşhur sənətçini - Səma Şimşəklə Polat Bilgin də cəlb edib.

Serialda "Derya" roluna həyat verəcək və tamaşaçı qarşısına Ejderin (Yiğit Özşener) həyat yoldaşı kimi çıxacaq Sema Şimşək indidən həyəcan yaradıb.

Serialın macəra dolu yeni bölümü cümə axşamı nümayiş olunacaq.

Ləman,

Mia.az

img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA