23 yaşlı qızı zorlayan məşhur brazilyalı futbolçu həbs olundu 

img

20-01-2023 [22:11]


"Barselona", "Juventus", PSJ kimi məşhur komandalarda top qovan məşhur braziliyalı futbolçu Dani Alves qadın zorlamaq ittihamı ilə həbs olunub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu gün Barselonada prokurorluğa ifadə verdikdən sonra, o, məhkəməyə aparılıb.

Məhkəmə isə onun barəsində həbs qətimkan tədbiri seçib.

Məlumata görə, Alves dekabrın 30-da barda 23 yaşlı qızı zorlayıb. Həmin qız da yanvarın 3-də ondan rəsmi şikayətçi olub.

Hazırda istintaq davam edir, iddia öz təsdiqini taparsa, Alvesə 4 ildən 12 ilədək həbs cəzası veriləcək.

Fərid,

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA