"Qorotdel"in polis mayoru qadını vurdu

img

03-05-2014 [12:42]


Xətai rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın məlumatına görə, Yusif Səfərov küçəsində, Bakı Şəhər Baş Polis İdarəsinin binası qarşısında yolu keçmək istəyən piyada, 52 yaşlı polis mayoru Solmaz Zeynalovanı "Hover” markalı, 99 GF 993 dövlət nömrə nişanlı avtomobil vurub. S.Zeynalova çanaq sümüklərinin hər iki qapağının sınığı diaqnozu ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib Avtomobilin sürücüsü hadisə yerində olsa da, hadisə barədə məlumat vermək istəməyib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır. S.Zeynalovanın BŞPBİ-də işlədiyi, hadisənin də işə getmək üçün yolu keçmək istəyərkən baş verdiyi bildirilir.  


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA