Zərdablı iş adamının meyiti tapıldı

img

08-05-2014 [10:32]




Zərdab rayonunun Burunlu kəndində anadan olan və Bakı şəhərində yaşayan 40 yaşlı Əhmədov Nofəl Qüdrət oğlu 2012 – ci il dekabr ayının 29 – da 5 nəfərlik kiçik tutumlu balıqçı gəmisi ilə Azərbaycandan Qazaxıstana yola düşüb və gəmi Qazaxıstanın Aktau limanı yaxınlığında batıb.

ANS PRESS-in məlumatına görə, aparılan axtarışlar nəticəsində gəmi tapılsa da, batan şəxslərin meyiti tapılmayıb.

Mərhumun ailə üzvlərinin sözlərinə görə, Xaçmaz rayonunda olarkən Rayon Prokurorluğu ilə görüşdükdən sonra məlum olub ki, 2013 – cü ilin avqust ayında gəminin batdığı yerdən təxminən 340 kilometr aralıda dəniz sularında naməlum meyit tapılıb və Xaçmaz rayon ərazisində dəfn edilib.

Aparılan araşdırmalardan və "DNK" analizindən sonra həmin meyidin N. Əhmədova aid olduğu təsdiqlənib. Bu gün N. Əhmədovun meyiti Xaçmaz rayonundakı məzardan çıxarılaraq doğulduğu Zərdab rayonunun Burunlu kəndinə gətirilib və dəfn edilib.

Qeyd edək ki, mərhum N. Əhmədov ailəli olub və 2 ödladı var. Gəmidə olan digər 3 Neftçala və 1 Dağıstan sakinindən hələlik bir xəbər yoxdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA