Hakimlərə təhqir və hədə-qorxu... - AFFA İntizam Komtəsi bəzi klubları cəzalandırıb

img

13-01-2023 [13:28]


AFFA İntizam Komtəsi bəzi klubları cəzalandırıb.

Mia.az xəbər verir ki, bu gün keçirilən iclasa aşağıdakı klublar qeyd edilən səbəblərə görə cərimə olunublar:

- 25 dekabr 2022-ci il tarixində AFFA U-14 Liqasında keçirilən “Sumqayıt” – “Lion” FK oyununda “Lion” FK-nın rəsmi şəxsi Mirhadi Abdullayev oyunun hakimlərini təhqir etdiyinə görə o, 3 oyun matçlardan kənarlaşdırılsın. (Maddə 41.4.).

- 25 dekabr 2022-ci il tarixində AFFA U-14 Liqasında keçirilən “Sumqayıt” – “Lion” FK oyununda “Lion” FK-nın rəsmi şəxsi Həmid Əliyev oyunun hakimlərinə hədə-qorxu gəldiyinə görə, o, 5 oyun matçlardan kənarlaşdırılsın.  (Maddə 43.2.).
 
- 25 dekabr 2022-ci il tarixində AFFA U-14 Liqasında keçirilən “Sumqayıt” – “Lion” FK oyununda “Lion” FK-nın rəsmi şəxsləri tərəfindən edilən hərəkətlərə görə yalnız polisin müdaxiləsindən sonra hakimlərin meydanı tərk edə bilməsi və oyunun 1-ci hissə bitmədən yarımçıq dayandırılmasına görə “Lion” klubuna 0:3 hesabı ilə məğlubiyyət verilsin. (Maddə 55.1).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA