Bakıda qəbiristanlıqdan oğurluq eədnlər tutulub

img

11-01-2023 [10:22]


Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən qəbiristanlıqda məzarların birindən 1500 manat dəyərində dəmir barmaqlığın oğurlanması barədə polisə məlumat daxil olub.

Mia.az Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən qəsəbə sakinləri Emin Qurbanov, əvvəllər məhkum olunmuşlar - Nadir Namazov və Kamran Quliyev müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA